Dünya
Pleyeri seçin:
Yaponiya yenə fəlakətlə üz-üzə | Dəhşətli görüntülər
Yaponiyanın cənub-qərbində güclü “Şanşan” qasırğasının yaxınlaşması səbəbindən şiddətli küləklər və yüksək dalğalar yaranması ilə bağlı xüsusi xəbərdarlıq edilib.
Yaponiya Milli Meteorologiya Xidməti su hövzələrinin sahillərini aşması və torpaq sürüşməsi təhlükəsi barədə əhaliyə xəbərdarlıq edib.
Yaxınlaşan qasırğa ilə əlaqədar ölkədə 230-dan çox aviareys təxirə salınıb. Eyni zamanda sürət qatarlarının hərəkətinin dayandırılması və bir neçə magistral yolun bağlanması da nəzərdə tutulur.
Kopyalandı
Seçilmişlər