“Yaxın günlərdə ABŞ-dən “PAC-3” raketləri alacağıq” | Zelenski - Baku TV
Yaxın günlərdə ABŞ Ukraynaya “PAC-3” zenit raketləri tədarük edəcək.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin sualını cavablandırarkən bildirib.
“Biz ABŞ-dən bir sıra raketlər alacağıq, eyni zamanda mənim avropalılarla ayrıca razılaşmalarım olub. Orada hələlik konkret müddətlər yoxdur, lakin əlavə “PAC-3”lər olacaq”, – deyə Ukrayna lideri vurğulayıb.
Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampa Ukraynaya “Patriot” istehsalı üçün lisenziyanın verilməsi ilə bağlı müsbət qərara görə təşəkkür edib.
“Biz bu məsələni Prezident və onun nümayəndə heyəti ilə ətraflı müzakirə etdik. Tramp dəfələrlə vurğulayıb ki, bu gün dünyada “Patriot”u iki-üç ölkə istehsal edə bilər, çünki qalanları texnoloji cəhətdən buna hazır deyil. Ukrayna Amerika tərəfindən bunu etməyə hazır ölkə kimi tanınıb”, – deyə o qeyd edib.
#Ukrayna teqi istifadə olunub
