İordaniyadakı hərbi obyektə 10 ballistik raket atılıb
İordaniyanın Əl-Əzraq aviabazası 10 ballistik raketlə vurulub.
Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyanat yayıb.
Bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələri Yaxın Şərqdə ABŞ-nin komanda-idarəetmə mərkəzini və İordaniyada Əl-Əzraq hərbi hava bazasını 10 ballistik raketlə hədəfə alaraq məhv edib.
“ABŞ-nin təcavüzü təkrarlanarsa, Vaşinqtonun bölgədəki digər hərbi bazalarına ağır atəş zərbələri endiriləcək”, – deyə SEPAH-ın bəyanatında vurğulanıb.
Bu arada ABŞ-nin İrana qarşı hava zərbələrini yenidən bərpa etməsi və Tehranın Fars körfəzində cavab tədbirləri görməsi fonunda Hörmüz boğazından neft tankerlərinin hərəkəti, demək olar ki, tam dayandırılıb. Bu barədə gəmi hərəkəti məlumatları və sahə mənbələri məlumat yayıb.
Bildirilib ki, cümə axşamı səhər saatlarınadək Hörmüz boğazından cəmi iki tanker keçib. Onlardan biri İranın Xarq adasındakı terminalda yüklənmiş və ABŞ sanksiyalarına məruz qalan “Berg 1” xam neft supertankeri olub. "Kpler" analitik şirkətinin açıqlamasına görə, tanker ABŞ sanksiyalarına baxmayaraq, boğazdan keçməyi bacarıb.
#SEPAH teqi istifadə olunub
- Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV
- "İran hər baxımdan uduzur, amma...” | İran və ABŞ arasında razılaşma mümkün görünmür? - Baku TV
- CENTCOM İranın iddiasını təkzib edib
- İran ABŞ-nin yeni sanksiyalarına qarşı hansı addımları atmağa hazırlaşır? - Baku TV
- SEPAH İranın ABŞ sanksiyalarına qarşı xüsusi mübarizə planının olduğunu açıqladı - Baku TV CANLI
