ABŞ yenidən hücuma hazırlaşır? - "Bunu bizdən başqa heç kim edə bilməzdi" - Baku TV
“İran heç vaxt nüvə silahına sahib olmayacaq. Biz bu müharibəni tezliklə qazanacağıq. Bu münaqişə bitəcək və enerji qiymətləri də aşağı düşəcək. Bunu bizdən başqa heç kim edə bilməzdi”.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
Trampın bu fikirləri fonunda “İran ABŞ sanksiyalarının yumşaldılması müqabilində uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb” adlı xəbər yayıldı. Xəbəri yayan “Əl-Hədəs” telekanalı oldu. Telekanalın məlumatına görə, İran-ABŞ danışıqlarında vasitəçilər razılaşmanın əldə olunmasına yardımçı olublar. Lakin İran tərəfindən verilən açıqlamalarda Tehran və Vaşinqtonun razılaşmalardan uzaq olduğu görünür.
İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminiya bildirib ki, amerikalılar regionda yaxşı vəziyyətdə deyillər:
“Həqiqət budur. Əgər ABŞ, həqiqətən, güclü mövqedə olsaydı, vəziyyəti dəyişdirmək üçün müxtəlif səylər göstərməzdi, status-kvo ilə kifayətlənərdi. Hazırkı vəziyyət ABŞ üçün nə əlverişli, nə də arzuolunandır. Ona görə də onlar təcavüzə, hücuma yenidən əl ata bilərlər”.
Bütün bunlardan belə nəticə çıxır ki, tərəflər arasında münasibətlərdə yumşalma görünmür. Nüvə məsələsi ilə bağlı razılaşmadan isə ümumiyyətlə, söhbət gedə bilməz.
Qeyd edək ki, daha əvvəl ABŞ rəsmisinə istinad edən “Axios” və “Channel 12” ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı tələbləri yerinə yetirməsi müqabilində sanksiyaları yumşaltmağa və dondurulmuş aktivləri azad etməyə hazır olduğunu bildirmişdi.
#ABŞ teqi istifadə olunub
- ABŞ-nin sanksiyalarından sonra İran və İraq arasında gərginlik artır - Baku TV
- Tramp isə daim İrana hücumları bərpa etməyi düşündüyünü bildirib
- ABŞ və Çin arasındakı mübarizə dünyanı hansı istiqamətə aparır? - YEKUNLAŞDIRAQ
- Ticarət Şurası kimi mexanizmlərin yaradılması nəzərdə tutulur
- Tramp İranın Hörmüzlə bağlı planını niyə rədd edib?
