Trampdan ABŞ-İran müharibəsinin gedişatı barədə kritik bəyanat - Baku TV
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini bildirib.
Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında ABŞ-nin İranla müharibəni çox yaxın zamanda qazanacağını deyib.
Onun sözlərinə görə, münaqişə başa çatdıqdan sonra neftin qiyməti müharibədən əvvəlki səviyyələrə qədər kəskin şəkildə enəcək.
"İran heç vaxt nüvə silahı əldə etməyəcək, biz bu müharibəni çox tezliklə qazanacağıq. Müharibə bitəcək və neftin qiyməti kəskin şəkildə düşəcək", – deyə Tramp bildirib.
Bu arada, ABŞ-nin maliyyə naziri Skott Bessentin sözlərinə görə, ABŞ-nin "İqtisadi təcrid" əməliyyatı İran rialının məzənnəsinin rekord həddə düşməsinə səbəb olub. O bu barədə "X" sosial şəbəkəsində yazıb.
"İqtisadi təcrid" əməliyyatı rialın məzənnəsinin rekord dərəcədə aşağı düşməsinə gətirib çıxarıb. Biz İran hakimiyyətinin terrorizmi maliyyələşdirmək və nüvə silahı hazırlamaq imkanlarını zəiflətməyə davam edəcəyik", – deyə paylaşımda bildirilib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp Obamanın addımını atır
- Süni intellekt sahəsində rəqabət Vaşinqtonun gündəmindədir
- Trampdan Putin və Zelenskiyə mesaj | Əraqçi Hörmüz böhranının həll yolunu açıqladı - YENİ BİR SƏHƏR
- Ticarət Şurası kimi mexanizmlərin yaradılması nəzərdə tutulur
- Tramp İranın Hörmüzlə bağlı planını niyə rədd edib?
