İran tərəfi boğazın qorunması məsələsində qətiyyətli mövqe nümayiş etdirib
"İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir".
Bu barədə İranın ali rəhbəri Müctəba Xamenei "X" sosial şəbəkə hesabında yazıb.
"Bu gün cəmiyyətin hər təbəqəsindən olan insanlar öz haqlı mövqelərini müdafiə etməkdə, o cümlədən Hörmüz boğazını qorumaq əzmində qətiyyətlə dayanırlar", – deyə o əlavə edib.
"İran Yaxın Şərqdə münaqişənin nizamlanması üçün Tehranın irəli sürdüyü şərtlərin həyata keçirilməsi yollarını qətərli vasitəçilərlə müzakirə edib".
Bunu isə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, Tehran öz şərtlərinin icra mexanizmləri ilə bağlı Qətər tərəfi ilə danışıqlar aparıb.
Vaşinqtonun təklif olunan şərtlərə cavabının yaxın vaxtlarda, gözlənildiyi kimi, qətərli vasitəçilər vasitəsilə İrana çatdırılması gözlənilir.
Nazir həmçinin bildirib ki, ABŞ müvafiq saziş bağlamaqda maraqlı olduğu təqdirdə, İran böhranın həlli üçün öz variantını təklif edib.
#Hörmüz boğazı teqi istifadə olunub
- Trampdan Putin və Zelenskiyə mesaj | Əraqçi Hörmüz böhranının həll yolunu açıqladı - YENİ BİR SƏHƏR
- Tramp İranın Hörmüzlə bağlı planını niyə rədd edib?
- ABŞ Prezidenti İranın Hörmüz boğazı ilə bağlı təklifini niyə qəbul etmədi? - Baku TV CANLI
- Hörmüz boğazı ilə bağlı İranın təklifinə Trampdan rədd cavabı gəldi - Baku TV
- Türkiyə ABŞ və İran arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb - Baku TV
