Pleyeri seçin:

Alimlərin əldə etdiyi yeni tapıntılar qədim sirrə yenidən maraq yaradıb

29 sentyabr 2026

Türkiyənin Ağrı dağı ərazisində Nuhun gəmisinin axtarışı zamanı diqqətçəkən nəticələr əldə edildiyi açıqlanıb.

Bu barədə türkiyəli professor, beynəlxalq tədqiqat layihəsinin rəhbəri Cenker Atilla bildirib.

"2026-cı ildə Ağrı dağı ərazisində Nuhun gəmisinin axtarışı üzrə işlər başa çatıb. Qazıntılar zamanı daşqından əvvəlki dövrə aid olduğu ehtimal edilən gil qablar aşkar edilib. Torpaq nümunələri araşdırılmaq üçün Ankaraya göndərilib. Torpağın analiz prosesi hələ davam edir. Hazırda 100 faizlik nəticə əldə etməsək də, bəşəriyyəti təəccübləndirəcək məlumatlara sahibik. Yaxın vaxtlarda bunlar elmi məqalələrdə və kitablarda dərc olunacaq", – deyə alim bildirib.

Araşdırmalar Ağrı şəhərindən 28 kilometr məsafədə yerləşən Durupınar ərazisində gəmini xatırladan qaya formasında aparılır. Onun uzunluğu 164 metrdir.

Professor Atilla daha əvvəl bildirib ki, Nuhun gəmisinin axtarışı layihəsinə iyunun sonunda başlanılıb. Layihədə beş ölkədən 20-yə yaxın alim iştirak edir.

Araşdırmalar çərçivəsində ABŞ Ordusunun silahlanmasında istifadə olunan radar sistemlərindən yararlanılaraq yer süxurları skan edilib. Bundan əlavə, formasiyanın daxili hissəsindən götürülən nümunələrdə karbon miqdarının xarici hissə ilə müqayisədə 40 faiz çox olduğu müəyyən edilib.

Atillanın sözlərinə görə, bu, üzvi maddələrin və ya ağac qalıqlarının mövcudluğuna işarə edə bilər və Ağrı dağının ətəklərində Nuhun gəmisinin yerləşməsi ehtimalını artırır.

Alimlər mamontların ilk doğuşunu 2030-cu illərin əvvəlinə planlaşdırırlar

Alimlər mamontların ilk doğuşunu 2030-cu illərin əvvəlinə planlaşdırırlar

Dünya
29 sentyabr 2026
NATO rəsmisi Rusiyanın müttəfiqlər üzərində təzyiq yaratmaq niyyətində olduğunu deyib

NATO rəsmisi Rusiyanın müttəfiqlər üzərində təzyiq yaratmaq niyyətində olduğunu deyib

Dünya
29 sentyabr 2026
İran tərəfi boğazın qorunması məsələsində qətiyyətli mövqe nümayiş etdirib

İran tərəfi boğazın qorunması məsələsində qətiyyətli mövqe nümayiş etdirib

Dünya
29 sentyabr 2026
Hökumətin yaradılması istiqamətində aparılan cəhdlər nəticəsiz qalıb

Hökumətin yaradılması istiqamətində aparılan cəhdlər nəticəsiz qalıb

Dünya
29 sentyabr 2026
Aralıq dənizində minlərlə qədim keramika məmulatı və gəmi qalıqları aşkarlanıb

Aralıq dənizində minlərlə qədim keramika məmulatı və gəmi qalıqları aşkarlanıb

Dünya
29 sentyabr 2026
Netanyahunun bir neçə saatlıq səfəri niyə diqqət çəkir?

Netanyahunun bir neçə saatlıq səfəri niyə diqqət çəkir?

Dünya
29 sentyabr 2026
Fövqəladə vəziyyət fonunda təxliyə necə davam edir?

Fövqəladə vəziyyət fonunda təxliyə necə davam edir?

Dünya
29 sentyabr 2026
“El-Ninyo” ehtimalı niyə milyardlarla dollarlıq zərər narahatlığı yaradır?

“El-Ninyo” ehtimalı niyə milyardlarla dollarlıq zərər narahatlığı yaradır?

Dünya
29 sentyabr 2026
İranın yeni addımı danışıqlara necə təsir edə bilər?

İranın yeni addımı danışıqlara necə təsir edə bilər?

Dünya
29 sentyabr 2026
Netanyahu əvvəlcədən xəbərdarlıq alması barədə xəbərlərə aydınlıq gətirdi

Netanyahu əvvəlcədən xəbərdarlıq alması barədə xəbərlərə aydınlıq gətirdi

Dünya
29 sentyabr 2026
Seçilmişlər
icon