Pleyeri seçin:
Ənənəvi mədəniyyət festivalı yüzlərlə iştirakçını bir araya gətirib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin İçuan rayonunda yerləşən Hukou şəlaləsinin yaxınlığında əjdaha və şir rəqsləri festivalı keçirilib.
Tədbirdə Sarı çay boyunca yerləşən doqquz əyalət və bölgədən 22 komanda iştirak edib. Ümumilikdə 200-dən çox insan öz məharətini nümayiş etdirib.
İştirakçılar əjdaha, eləcə də cənub və şimal üslubunda şir rəqsləri təqdim ediblər. Şəlalənin gurultusu və nağara səsləri tədbirə xüsusi rəng qatıb.
Payızda Hukou şəlaləsinin suları daha da gurlaşır. Sarı çay bu ərazidə dar qayalıq dərədən keçərək təxminən 50 metr enində axır. Güclü su axını və havaya yüksələn duman ətrafda möhtəşəm mənzərə yaradır.
Festivalı izləyənlər həm rəqsləri, həm də şəlalənin gözəlliyini alqışlarla qarşılayıblar.
Kopyalandı
#Çin teqi istifadə olunub
- Liderlər 40 dəqiqə ərzində nələrdən danışdı?
- Turistlərə təhlükəli ərazilərlə bağlı xəbərdarlıq edilib
- Süni intellekt yarışında ABŞ Çinin qarşısını necə almaq istəyir? - Baku TV
- Üçlü görüş ərəfəsində ABŞ-Çin texnoloji savaşı qızışır?
- ABŞ Çinin Amerika çiplərinə çıxışını necə məhdudlaşdırmaq istəyir? - Baku TV CANLI
