Turistlərə təhlükəli ərazilərlə bağlı xəbərdarlıq edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyanın ən məşhur tarixi abidələrindən biri olan Böyük Çin səddi tədricən dağılma təhlükəsi ilə üzləşib.
UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinə baxmayaraq, müdafiə qurğusunun böyük hissəsi baxımsız vəziyyətdədir və bəzi ərazilərdə turistlərin gəzintisi təhlükəli hesab olunur.
Bildirilir ki, Böyük Çin səddi vahid tikili deyil, müxtəlif dövrlərdə inşa edilən müdafiə istehkamları sistemidir.
Bu gün görünən qurğuların böyük hissəsi 1368-1644-cü illərdə hökmranlıq etmiş Min sülaləsinin dövründə tikilib. İmperiyanın süqutundan sonra sədd hərbi əhəmiyyətini itirib və uzun müddət lazımi qaydada qorunmayıb. Nəticədə təbii aşınma ilə yanaşı, yerli sakinlərin tikilinin daş və kərpiclərindən başqa məqsədlər üçün istifadə etməsi də abidənin vəziyyətinə mənfi təsir göstərib.
Hazırda abidənin qorunmasına Çinin Dövlət Mədəni İrs İdarəsi nəzarət edir. Mütəxəssislər bərpa zamanı ənənəvi tikinti materiallarından istifadə etməklə yanaşı, qurğunun vəziyyətini izləmək üçün müasir məsafədən müşahidə texnologiyalarını da tətbiq edirlər.
Mütəxəsisslər turistlərə səddi ziyarət edərkən ehtiyyatlı olmalarını, həmçinin rahat ayaqqabı geyinmələrini, özləri ilə su götürməyi və hava şəraitinə uyğun geyim seçməyi tövsiyə edirlər. Bundan əlavə, səyahət üçün ən münasib vaxtın yaz və payız ayları olduğunu vurğulayırlar.
#Çin teqi istifadə olunub
- Ənənəvi mədəniyyət festivalı yüzlərlə iştirakçını bir araya gətirib
- Liderlər 40 dəqiqə ərzində nələrdən danışdı?
- Süni intellekt yarışında ABŞ Çinin qarşısını necə almaq istəyir? - Baku TV
- Üçlü görüş ərəfəsində ABŞ-Çin texnoloji savaşı qızışır?
- ABŞ Çinin Amerika çiplərinə çıxışını necə məhdudlaşdırmaq istəyir? - Baku TV CANLI
