Pleyeri seçin:
Yəməndə sədəqə uğrunda onlarla ölü, yüzlərlə yaralı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yəmənin paytaxtı Səna şəhərində sədəqə paylanarkən yaranan izdihamda onlarla insan ölüb. Hadisə nəticəsində 300-dən çox insanın yaralandığı bildirilib.
Məlumata görə, izdiham "bir neçə tacir" tərəfindən ehtiyacı olanların hərəsinə 9 dollar məbləğində yardım paylanarkən baş verib ki, onlardan ikisi artıq həbs edilib. 20 nəfərin vəziyyətinin ağır olduğundan ölü sayının artacağı istisna olunmur.
Qeyd olunub ki, husilər kütləni nəzarət altına almaq üçün havaya atəş açıblar. Lakin atəş elektrik xətlərinə tuş gəldiyinə görə partlayışa yol açıb. Bu da insanlar arasında təşvişə səbəb olub. Hadisə yerində təcili yardım briqadası işləyir. Zərərçəkənlərin xəstəxanalara yerləşdirilməsi davam edir.
Kopyalandı
#Yəmən teqi istifadə olunub
- Hökumət qüvvələri "Yəmən şəfəqi" əməliyyatını davam etdirir
- "Saudi Aramco" və hava limanları vuruldu
- Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV
- Səudiyyə Ərəbistanının aviasiyası tərəfindən Yəmənə hücumlar həyata keçirilib - Baku TV CANLI
- ABŞ bölgəyə əlavə hərbi qüvvələr göndərir | Yaxın Şərqdə nə baş verir? - Baku TV CANLI
