Pleyeri seçin:

Abbas Əraqçi Ərəbistan yarımadasında baş verən proseslərdən narahatlığını bildirdi - Baku TV

18 oktyabr 2026 90 baxış

İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və problemin hərbi yolla həllinə inanmır.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“İranın mövqeyi aydın və dəyişməzdir. Biz Yəmənin və Səudiyyə Ərəbistanının suverenliyini, müstəqilliyini, birliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Problemin həlli üçün yeganə praktik və davamlı yol kimi hərtərəfli və inklüziv siyasi prosesi müdafiə edirik”, – deyə Əraqçi teleqram kanalında paylaşım edərək çıxışından sitat gətirib.

Onun sözlərinə görə, davamlı sülhə hərbi eskalasiya, məcburetmə, hədələmə və ya yəmənli tərəflərin prosesdən kənarda saxlanılması yolu ilə nail olmaq mümkün deyil. Regiondakı böhranların hərbi həlli yoxdur. Siyasi həll yollarını nəzərə almadan hərbi yanaşmada israr etmək vəziyyəti yalnız daha da mürəkkəbləşdirir.

“İran Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatdır və tərəflər arasında əvvəllər razılaşdırılmış sülh yol xəritəsi əsasında dialoqun asanlaşdırılması üçün istənilən yardımı göstərməyə hazırdır”, – deyə Abbas Əraqçi bildirib.

Banner
Qətər İranı dəniz hücumlarına son qoymağa çağırdı - Baku TV CANLI

Qətər İranı dəniz hücumlarına son qoymağa çağırdı - Baku TV CANLI

Dünya
20 oktyabr 2026 90 baxış
Süni intellekt xeyli insanın həyatına son qoya bilər? - Baku TV

Süni intellekt xeyli insanın həyatına son qoya bilər? - Baku TV

Dünya
20 oktyabr 2026 90 baxış
Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI

Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI

Dünya
20 oktyabr 2026 90 baxış
Tehran, Vaşinqton və Təl-Əviv qarşı-qarşıya: Danışıqlar, yoxsa müharibə? - Baku TV

Tehran, Vaşinqton və Təl-Əviv qarşı-qarşıya: Danışıqlar, yoxsa müharibə? - Baku TV

Dünya
20 oktyabr 2026 90 baxış
Bahalaşma, miqrasiya və siyasi narazılıq böyük qarşıdurmaya aparır? - AKTUAL GÜNDƏM

Bahalaşma, miqrasiya və siyasi narazılıq böyük qarşıdurmaya aparır? - AKTUAL GÜNDƏM

Dünya
20 oktyabr 2026 90 baxış
Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları

Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları

Dünya
20 oktyabr 2026 90 baxış
Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV

Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV

Dünya
20 oktyabr 2026 90 baxış
Kim Çen Inın öldüyü və cəsədinin gizli şəkildə ölkəyə gətirildiyi iddia olunur - Baku TV CANLI

Kim Çen Inın öldüyü və cəsədinin gizli şəkildə ölkəyə gətirildiyi iddia olunur - Baku TV CANLI

Dünya
20 oktyabr 2026 90 baxış
Avropa liderləri Putinlə danışmağa hazırlaşır

Avropa liderləri Putinlə danışmağa hazırlaşır

Dünya
20 oktyabr 2026 90 baxış
Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı

Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı

Dünya
20 oktyabr 2026 90 baxış
Seçilmişlər
icon