Etirazlarda 256 min nəfərin iştirak etdiyi bildirilib
Oktyabrın 6-da Fransada məktəblilərin etiraz aksiyalarında 256 min nəfər iştirak edib.
Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, yalnız Parisdəki aksiyalarda təxminən 56 min nəfər iştirak edir. Etirazların təşkilatçıları isə iddia edirlər ki, nümayişlərdə bütün Fransa üzrə 450 min nəfər, o cümlədən Parisdə 100 min nəfər iştirak edib.
Fransa Prezidenti Emmanuel Makron ölkədə yuxarı sinif şagirdlərinin etirazları ilə bağlı vəziyyəti müzakirə etmək üçün Yelisey sarayında bir sıra nazirlərin iştirakı ilə təcili müşavirə keçirəcək. Məlumata görə, görüşdə Baş nazir və milli təhsil naziri də iştirak edəcək.
Fransanın Tehrandakı səfiri Pyer Koşar ölkə hakimiyyətinin etiraz edən şagirdlərə və məktəb işçilərinə qarşı sərt addımları ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb. Tehran bu addımları insan hüquqlarının pozulması kimi qiymətləndirir.
#Fransa teqi istifadə olunub
- Yuxarı sinif şagirdləri dərslərdə iştirak edə bilməyəcək
- Fransada yüzlərlə məktəbin fəaliyyətini dayandırmasına səbəb nədir? - Baku TV
- Şagirdlərin aksiyalarında 600 nəfər saxlanıldı
- Fransada məktəblilər etiraz aksiyalarına qoşulub
- Gecə həyatı yaşa baxmır | “Sevgililər şəhəri”ndə təqaüdçülər gecə klubunda nə axtarır?
