Ebolaya yoluxan xəstə ilə təmasda olan 57 nəfər müəyyənləşdirilib
Keniyada ebola virusuna ilk yoluxma halı qeydə alınıb və bu, pasiyentin ölümü ilə nəticələnib.
Bu barədə Keniyanın səhiyyə naziri Eyden Duale bildirib.
"Keniyada ebola epidemiyası yoxdur. Bizdə ayrı bir yoluxma halı qeydə alınıb və pasiyentin bütün marşrutunu izləyə bilərik", – deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, xəstələnən şəxs Keniyaya Uqandadan keçməklə Konqodan gəlib. Nayrobiyə çatdıqdan sonra xəstəxanaya yerləşdirilib, lakin həkimlər pasiyenti xilas edə bilməyiblər.
Rəsmilər yoluxmuş şəxslə təmasda olan 57 nəfəri müəyyənləşdiriblər. Onlardan 10 nəfəri Nayrobidəki Milli Polis Xidməti Xəstəxanasında gündəlik tibbi nəzarət altında karantindədir. Qalan 47 nəfərin yeri müəyyənləşdirilir.
Ebola şübhəsi olan pasiyentlərin qəbulu üçün beş tibb müəssisəsi hazırlanıb. Bundan əlavə, ölkədə hava limanları və sərhəd məntəqələrində sanitar nəzarət gücləndirilib.
#Keniya teqi istifadə olunub
- Keniyada ilk Ebola yoluxması halının təsdiqləndiyi bildirilib
- Səyyar klinikanın imkanları yoxlanılıb | Sınaq marşrutu 800 kilometri keçib
- ABŞ-nin Keniyada həyata keçirəcəyi layihəsi narazılıqla qarşılanıb
- SOCAR-ın strateji hədəfləri və enerji layihələri | Mühüm görüşlə bağlı detallar - Baku TV
- İlham Əliyev Keniya Prezidentini qəbul etdi | Görüşdə nələr müzakirə edildi? - Baku TV
