Keniyada ilk Ebola yoluxması halının təsdiqləndiyi bildirilib
Keniyada ilk Ebola virusuna yoluxma halı təsdiqlənib.
Hadisə paytaxt Nayrobidə narahatlıq yaradıb və ölkənin epidemiyaya hazırlığı ilə bağlı suallar doğurub.
Məlumata görə, 7 il Konqo Demokratik Respublikasında yaşayan Keniya vətəndaşı oktyabrın 3-də Nayrobiyə uçub. O, hava limanında tibbi müayinədən keçdikdən sonra xəstəxanaya yerləşdirilib və Ebola testi müsbət çıxıb. Xəstə oktyabrın 5-də vəfat edib.
Səhiyyə orqanları xəstə ilə təmasda olan 28 nəfəri müəyyənləşdirib. Həmçinin onun uçduğu təyyarənin 23 sərnişini və 4 ekipaj üzvü axtarılır. Keniyada qeydə alınan hal Konqodakı Ebola epidemiyası ilə əlaqələndirilir.
Qeyd edək ki, Konqoda 8 mindən çox yoluxma və 4 mindən çox ölüm qeydə alınıb. Keniya epidemiya ilə əlaqəli yoluxma halı qeydə alınan üçüncü ölkədir. Bu isə virusun regionda daha geniş yayılması ilə bağlı narahatlıqları artırıb.
#Keniya teqi istifadə olunub
- Ebolaya yoluxan xəstə ilə təmasda olan 57 nəfər müəyyənləşdirilib
- Səyyar klinikanın imkanları yoxlanılıb | Sınaq marşrutu 800 kilometri keçib
- ABŞ-nin Keniyada həyata keçirəcəyi layihəsi narazılıqla qarşılanıb
- SOCAR-ın strateji hədəfləri və enerji layihələri | Mühüm görüşlə bağlı detallar - Baku TV
- İlham Əliyev Keniya Prezidentini qəbul etdi | Görüşdə nələr müzakirə edildi? - Baku TV
