Pleyeri seçin:

Litva və Polşa fövqəladə vəziyyətə qarşı necə plan hazırlayır? - Baku TV

06 oktyabr 2026 53 baxış

Litva və Polşanın fövqəladə hallarda əhalinin təxliyəsi üçün birgə mexanizm hazırlaması Baltikyanı regionda təhlükəsizlik narahatlıqlarının artdığını göstərir. Polşanın hava hücumundan müdafiə imkanlarını gücləndirməsi və “Patriot” sistemlərini ölkə ərazisində cəmləşdirməsi də diqqət çəkir.

Politoloq İlqar Vəlizadə hesab edir ki, bu proseslər yalnız Polşa və Litva ilə məhdudlaşmır:

“Hər ehtimala qarşı Polşa, Litva və digər Baltikyanı ölkələr bu tip hazırlıqlar görür. Bu proseslərə daha geniş prizmadan baxmaq lazımdır. Rusiya-Ukrayna müharibəsi Polşa kimi ölkələrə strateji mövqelərini möhkəmləndirmək imkanı yaradır və Polşa bundan maksimum yararlanır”.

Onun sözlərinə görə, Varşavanın əsas hədəfi NATO-nun şərq forpostu rolunu daha da gücləndirməkdir. Polşanın Rusiya, Belarus və Ukrayna ilə sərhədlərinin olması, həmçinin Ukraynaya hərbi təchizat baxımından mühüm mərkəzə çevrilməsi ölkənin strateji əhəmiyyətini artırır.

“Polşa və Litva yaranmış vəziyyətdən istifadə edərək mövqelərini möhkəmləndirir və NATO-nun şərq forpostu rolunu daha effektiv şəkildə həyata keçirməyə çalışır. Eyni zamanda öz müdafiə sistemlərini gücləndirirlər”, – politoloq bildirib.

İlqar Vəlizadə Polşada “Patriot” sistemlərinin cəmləşdirilməsini də ABŞ ilə artan hərbi-texniki əməkdaşlıq kontekstində qiymətləndirir:

“Polşa ABŞ-dən ən çox silah tədarük edən Avropa ölkələrindən biridir. Hazırkı hərbi kontraktların dəyəri təxminən 70 milyard dollardır. Perspektiv müqavilələri də nəzərə alsaq, bu rəqəm 170 milyard dollardan çox ola bilər. Burada həm hərbi-siyasi, həm də iqtisadi maraqlar var”.

Banner
Zelenskidən xəbərdarlıq

Zelenskidən xəbərdarlıq

Dünya
06 oktyabr 2026 53 baxış
NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI

NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün yeni addımlar atılır - Baku TV CANLI

Dünya
06 oktyabr 2026 53 baxış
Amerikalı iş adamı sərvətinə 30,6 milyard dollar əlavə edib

Amerikalı iş adamı sərvətinə 30,6 milyard dollar əlavə edib

Dünya
06 oktyabr 2026 53 baxış
ABŞ təyyarələri bazadan çıxarılıb

ABŞ təyyarələri bazadan çıxarılıb

Dünya
06 oktyabr 2026 53 baxış
"Məkkə Sazişi"nin üzvləri hərbi güclərini birləşdirir? - Baku TV CANLI

"Məkkə Sazişi"nin üzvləri hərbi güclərini birləşdirir? - Baku TV CANLI

Dünya
06 oktyabr 2026 53 baxış
Britaniya səmasını raket və dronlardan qoruyacaq sistem

Britaniya səmasını raket və dronlardan qoruyacaq sistem

Dünya
06 oktyabr 2026 53 baxış
İndoneziyada qeyri-adi hadisə baş verib

İndoneziyada qeyri-adi hadisə baş verib

Dünya
06 oktyabr 2026 53 baxış
Tramp Londona Şimal dənizində neft və qaz hasilatını artırmağı tövsiyə edib - ANA XƏBƏR

Tramp Londona Şimal dənizində neft və qaz hasilatını artırmağı tövsiyə edib - ANA XƏBƏR

Dünya
06 oktyabr 2026 53 baxış
Husilər cavab zərbəsi endirir: Səudiyyə aeroportları hədəfdə - AKTUAL GÜNDƏM

Husilər cavab zərbəsi endirir: Səudiyyə aeroportları hədəfdə - AKTUAL GÜNDƏM

Dünya
06 oktyabr 2026 53 baxış
Rusiya ilə Litva arasında gərginliyin artma səbəbi nədir? - Baku TV CANLI

Rusiya ilə Litva arasında gərginliyin artma səbəbi nədir? - Baku TV CANLI

Dünya
06 oktyabr 2026 53 baxış
Seçilmişlər
icon