Pleyeri seçin:

Yeni aşkarlanan planet öz orbiti üzrə dövrünü 14 saata tamamlayır

31 avqust 2026 272 baxış

Astronomlar Yerdən 333 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyə qədər gizli qalan planet aşkar ediblər.

Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib.

Bu barədə İtaliyanın "ANSA" nəşri Milli Astrofizika İnstitutunun rəhbərliyi ilə beynəlxalq komandanın apardığı tədqiqata istinadən məlumat yayıb.

Planet öz orbitini cəmi 14 saata tamamlayır. Onun kütləsi Yerinkindən 7,3 dəfə, radiusu isə 2,4 dəfə böyükdür. Planet "Neptun səhrası" adlanan bölgədə yerləşir. Bu ərazidə belə planetlərin mövcudluğu son dərəcə nadir hesab olunur.

Planetin orbiti əyilmiş vəziyyətdə olduğundan o, Yerlə öz ulduzu arasından keçmir. Alimlər planetin hərəkəti nəticəsində ulduz sisteminin parlaqlığında yaranan cüzi dəyişiklikləri təhlil ediblər. Bu üsul vasitəsilə onlar planetin əvvəlcə gündüz, daha sonra isə gecə tərəfini müşahidə edə biliblər.

Məlum olub ki, planetin sıxlığı əsasən isti sudan ibarət olan bir səma cisminə uyğun gəlir. Ulduzuna son dərəcə yaxın yerləşdiyindən planet güclü qabarma-çəkilmə qüvvələrinin təsirinə məruz qalır. Bu amil onun orbitinin sürətlə dəyişməsinə səbəb olur.

Kopyalandı
Banner
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 272 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 272 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 272 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 272 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 272 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 272 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 272 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 272 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 272 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 272 baxış
Seçilmişlər
icon