Yeni radikal qruplaşma kimlərə qarşıdır və niyə məhz indi ortaya çıxdı? - HƏRBİ XRONİKA
“Hərbi xronika” rubrikasının budəfəki buraxılışında Yaxın Şərqdəki geosiyasi dəyişikliklər, yeni radikal qruplaşmalar və regional təhlükəsizlik məsələləri diqqətə çatdırılıb.
Bildirilib ki, ABŞ–İsrail–İran qarşıdurmasının intensivləşdiyi bir vaxtda Suriyanın şərqində və İraq sərhədləri boyunca yeni bir təhlükəli silahlı qruplaşma meydana çıxıb. Bu qruplaşma özünü “Əcnad Beyt əl-Məqdis” adlandırır və ilk silahlı əməliyyatını Suriyanın şimal-şərqindəki Əş-Şəddadi hərbi bazasına qarşı həyata keçirib. Qruplaşma “Cund əl-Əqsa” adlı bir hərbi bölmənin əməliyyat məsuliyyətini üzərinə götürdüyünü açıqlayıb.
“Əcnad Beyt əl-Məqdis” adını seçərkən Qüds və onun müqəddəs məkanları ilə əlaqələndirilən “Beyt əl-Məqdis” terminini istifadə edərək mübarizənin Fələstin məsələsi ilə əlaqələndirilməsini simvolik olaraq göstərib.
İlkin bəyanatlarda qruplaşma ABŞ qüvvələrini hədəf alaraq regional gərginlikdən faydalanmağa çalışır. Suriya və İraq bölgələrindəki təhlükəsizlik boşluqları radikal qrupların yeni fəaliyyət zonaları əldə etməsinə və ya mövcud mövqelərini gücləndirməsinə imkan yaradır.
Bundan əlavə, bu yeni qruplaşmanın 2019-cu ildə ərazi baxımından məğlub edilən İŞİD-in keçmiş döyüşçülərindən təşkil oluna biləcəyi ehtimalı da irəli sürülüb.
Bu hadisə yalnız lokal təhlükəsizlik məsələsinin deyil, həm də Yaxın Şərqdəki geniş geosiyasi qarşıdurmaların yeni mərhələsinin başlanğıcı ola bilər. Regiondakı təhlükəsizlik dinamikaları və radikal qruplaşmaların əməliyyatları gələcəkdə daha ciddi nəticələr doğura bilər.
#ABŞ-İsrail-İran müharibəsi teqi istifadə olunub
- İsrail Xəzərdə bu gəmiləri vurdu | Genişmiqyaslı hücumlara start verilir? - Baku TV
- İsrail Ordusu ilk dəfə Xəzər dənizində İran gəmilərinə zərbələr endirdi - Baku TV CANLI
- “Bu ölkələrdə ciddi problem yarana bilər” | ABŞ kəşfiyyatının sabiq rəsmisi
- Tehranda İsrail və ABŞ bayraqları yandırıldı
- Pezeşkian ABŞ və İsrailin İrana zərbələrini qətiyyətlə pislədi - Baku TV
