Pleyeri seçin:

Yerin fırlanma sürəti azaldı | Su ehtiyatlarının dəyişimini yenidən modelləşdirdilər

25 aprel 2025 605 baxış

Yer oxunun 2000-ci illərin əvvəllərindən etibarən kəskin şəkildə dəyişməsi planetdə genişmiqyaslı və əvvəllər yetərincə qiymətləndirilməmiş torpaq nəmliliyinin itirilməsi ilə bağlıdır.

Bu barədə "Science" jurnalında dərc olunan araşdırmada qeyd olunub.

2000-2002-ci illər ərzində dünyada 1600 gigatondan çox torpaq suyu yoxa çıxıb. Bu rəqəm Qrenlandiyanın daha uzun müddətdə itirdiyi buz kütləsindən belə çoxdur.

Araşdırmaya Cənubi Koreyanın Seul Milli Universitetindən olan professor Ki-Veon So rəhbərlik edib. Alimlər peyk radarlarından və torpaq nəmliliyi modellərindən istifadə edərək XX əsrin sonu və XXI əsrin əvvəllərində Yer kürəsində su ehtiyatlarının necə dəyişdiyini yenidən modelləşdirə biliblər.

Təəccüblüdür ki, 2000-2002-ci illərdə torpaqdakı nəmlilik kəskin şəkildə azalıb. Bu azalma dünya okeanlarının səviyyəsinin hər il təxminən 1,95 millimetr qalxmasına bərabər olub.

Ardınca 2003-2016-cı illər arasında torpaq əlavə olaraq daha 1000 gigaton su itirib. 2021-ci ilə qədər bu nəmlilik səviyyəsi əvvəlki vəziyyətinə qayıtmayıb. Bu isə o deməkdir ki, Yer kürəsində qurunun su ehtiyatları uzunmüddətli dəyişikliklərə məruz qalıb.

Bu su itkisinin tendensiyası yalnız modellərdə deyil, iki müstəqil göstəricidə də müşahidə olunub: bunlardan biri dəniz səviyyəsinin artması, digəri isə Yer kürəsinin fırlanma oxunun müşahidə olunan yerdəyişməsidir.

Geofiziklər bildiriblər ki, Yerin fırlanma sürətinin azalması da bu dəyişikliklərlə bağlı ola bilər. Ekspertlər həmçinin hesab edirlər ki, torpağın quruma tendensiyası geridönməz xarakter daşıya bilər.

Banner
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 605 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 605 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 605 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 605 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 605 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 605 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 605 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 605 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 605 baxış
Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Hərbi məsləhətçilər və təlimatçılar krallıq ərazisinə yola düşüblər

Dünya
07 noyabr 2026 605 baxış
Seçilmişlər
icon