Pleyeri seçin:

YPG-nin varlığı Türkiyəni narahat edir? | Suriyanın büdcəsi belə artacaq

13 mart 2025 306 baxış

Suriya keçid hökuməti ilə əsasını YPG kürd terror qrupları təşkil edən Suriya Demokratik Qüvvələri arasında razılaşma imzalanıb.

Razılaşmaya əsasən, YPG dövlət qurumlarında təmsil olunacaq. Sərhəd-keçid məntəqələri, hava limanları, neft və qaz sahələri və digər bütün təsisatlar dövlətin nəzarətinə verilir.

8 maddəlik razılaşmaya görə, YPG Əsəd rejiminin qalıntıları ilə mübarizədə keçid hökumətinə dəstək verəcək. Bu razılaşma hər iki tərəf üçün həm müsbət, həm mənfi nəticələrə səbəb olacaq.

Suriyadakı müvəqqəti hökumətin bundan qazancı zəngin neft-qaz yataqlarına nəzarət bərpa etmək, bu təbii sərvətləri diplomatik manevrlər üçün istifadə etməkdir. YPG-nin əlində olan neft-qaz yataqlarının hökumətin nəzarətinə keçməsi Suriya büdcəsinə xeyli vəsaitin daxil olmasına şərait yaradacaq.

Eyni zamanda YPG silahlılarının ordu və polisə qatılması ilə həm onların əlində olan silahlar dövlətin əlinə keçəcək, həm də ordu və hüquq-mühafizə orqanları əməkdaşlarının sayında əsaslı artım baş verəcək. Lakin bir şeyi də unutmayaq ki, bu şəxslər terrorçudur. Onların orduya, hüquq-mühafizə orqanlarına və dövlət orqanlarına girməsi ciddi təhlükədir.

Digər bir məsələ isə Türkiyənin məsələyə reaksiyasıdır. YPG Türkiyə tərəfindən terror təşkilatı kimi tanınır. Belə bir quruma Suriya hökumətində yer verilməsi Dəməşqin ən böyük müttəfiqi olan Ankaranı ciddi şəkildə narazı sala bilər. Suriya Prezidenti Əhməd əl-Şaraanın "Mazlum Kobani" kod adlı Fərhad Abdi Şahinlə bərabərhüquqlu şəxs kimi birbaşa müqavilə imzalaması yeni hökumətin legitimliyinə ciddi təhdiddir. YPG bu vəziyyətdən istifadə edərək siyasi fəaliyyətini davam etdirəcək, eyni zamanda parlamentdə təmsil olunaraq öz fikirlərini siyasi müstəvidə açıq ifadə edə biləcək.

Həmçinin kürdlərə mədəni muxtariyyətin verilməsi və bölgədə istismar ediləcək neft-qaz mədənlərindən yüksək payın ayrılması da nəzərdə tutulub. Bu da sözügedən bölgənin Suriyanın digər bölgələrinə nisbətən daha çox inkişaf edəcəyini deməyə əsas verir.

Suriya hökuməti YPG-nin əlindən silahını aldı. Lakin bu şəkildə əldə edilən razılaşma gələcəkdə daha ciddi problemlərin meydana çıxmasına səbəb ola bilər.

Banner
İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 306 baxış
Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 306 baxış
Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Dünya
22 oktyabr 2026 306 baxış
Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Dünya
22 oktyabr 2026 306 baxış
SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 306 baxış
Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 306 baxış
Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Dünya
22 oktyabr 2026 306 baxış
"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

Dünya
22 oktyabr 2026 306 baxış
Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Dünya
22 oktyabr 2026 306 baxış
Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Dünya
22 oktyabr 2026 306 baxış
Seçilmişlər
icon