Dünya
Pleyeri seçin:

Zaporojyedə Hərbi Adminstrasiya rəhbəri son vəziyyəti açıqladı

20 oktyabr 2023

Son aylar Rusiya-Ukrayna müharibəsində Zaporojye vilayəti istiqamətində döyüşlər daha da kəskinləşib.

Bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları fonunda baş verir. Əməliyyatlar əsasən cənub cəbhəsini əhatə etsə də, ekspertlərin gözlədiyi nəticələr baş vermədi.

Zaporojye vilayətinin hərbi administrasiyanın rəhbəri Yuri Malaşko son hərbi əməliyyatlar barədə Baku TV-yə danışıb.

“Əgər sentyabr ayı ilə müqayisə etsək, bizim ərazilərimizin atəşə tutulması 2 dəfə artıb. Sutkada orta hesabla təxminən 130-150 zərbə endirilir. Amma çox vaxt yaşayış məntəqələri atəşə tutulur. Gün ərzində orta hesabla 20-30 fərdi ev dağılır”, – deyə o qeyd edib.

Yuri Malaşkonun sözlərinə görə, müharibə başlayandan bəri Oryexovda 26-sı uşaq olmaqla, 437 nəfər ölüb, 1500-dən çox insan yaralanıb. Təxminən 50 nəfər itkin düşüb:

“Vilayətdə indiyədək 8 mindən çox bina dağılıb. Ukrayna Silahlı Qüvvələri vilayətin 4 yaşayış məntəqəsini azad edib. Bütün cəbhə boyunu nəzərə alsaq, heç bir istiqamətdə sadə vətəndaşların sərbəst keçməsi üçün yer yoxdur. Üstəlik, həmin ərazilər minalanıb. Biz insanlara digər ərazilərimizə üçüncü ölkələr vasitəsilə keçməyi tövsiyə edirik. Bu yolla gələn insanlar da var”.

Qeyd edək ki, raket zərbələri oktyabrın 19-na keçən gecə də davam edib. Nəticədə Zaporojye şəhərinin özündə çoxmənzilli bir yaşayış binası dağılıb, 4 nəfər mülki insan ölüb, xeyli sayda yaralananlar var.

Türkiyəyə meydan oxumaq yarışına girir | Ərdoğandan İsraillə bağlı vacib açıqlama

Türkiyəyə meydan oxumaq yarışına girir | Ərdoğandan İsraillə bağlı vacib açıqlama

Dünya
04 oktyabr 2024
İranın İsrailə hücumu qanunidir? | Xameneidən vacib açıqlama

İranın İsrailə hücumu qanunidir? | Xameneidən vacib açıqlama

Dünya
04 oktyabr 2024
Abdullah Gülün xanımının çantasından nələr oğurlandı? | Qalmaqallı hadisənin detalları açıqlandı

Abdullah Gülün xanımının çantasından nələr oğurlandı? | Qalmaqallı hadisənin detalları açıqlandı

Dünya
04 oktyabr 2024
Tramp seçkidə qalib gəlsə, Ukraynanın çökməsinə imkan verməyəcək? | Boris Consondan açıqlama

Tramp seçkidə qalib gəlsə, Ukraynanın çökməsinə imkan verməyəcək? | Boris Consondan açıqlama

Dünya
04 oktyabr 2024
Türkiyə vətəndaşlarının əksəriyyəti hesab edir ki… | Qalmaqallı səsvermənin nəticələri açıqlandı

Türkiyə vətəndaşlarının əksəriyyəti hesab edir ki… | Qalmaqallı səsvermənin nəticələri açıqlandı

Dünya
04 oktyabr 2024
Bu ölkə İranla İsraili barışdıra biləcək? | Tehran bunun qarşısını almağa çalışır

Bu ölkə İranla İsraili barışdıra biləcək? | Tehran bunun qarşısını almağa çalışır

Dünya
04 oktyabr 2024
Ukrayna Rusiyanın bu vilayətlərini atəşə tutdu | Müharibədə son vəziyyət

Ukrayna Rusiyanın bu vilayətlərini atəşə tutdu | Müharibədə son vəziyyət

Dünya
04 oktyabr 2024
İranın XİN rəhbəri Livanın Baş naziri ilə bir araya gəldi

İranın XİN rəhbəri Livanın Baş naziri ilə bir araya gəldi

Dünya
04 oktyabr 2024
İranın raket zərbələrinə İsrail necə cavab verəcək? | Maraqlı iddialar ortaya çıxdı

İranın raket zərbələrinə İsrail necə cavab verəcək? | Maraqlı iddialar ortaya çıxdı

Dünya
04 oktyabr 2024
Trampı da hədələmişdi ki... | Həşim Səfiəddinin varlığı kimləri niyə narahat edirdi?

Trampı da hədələmişdi ki... | Həşim Səfiəddinin varlığı kimləri niyə narahat edirdi?

Dünya
04 oktyabr 2024
Seçilmişlər
icon