Zaxarova ABŞ və Ukrayna nümayəndələrinin görüşündən sonra açıqladı ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ABŞ və Ukraynanın Ciddə görüşünün yekunlarına dair bəyanatla yaxından tanış olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova martın 13-də keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda bu təşəbbüslə bağlı Rusiyanın ünvanına heç bir rəsmi müraciət daxil olmayıb:
“ABŞ və Ukrayna nümayəndələrinin martın 11-də Ciddədə baş tutan görüşünü diqqətlə izlədik. İclasın yekunu olaraq qəbul edilmiş, müxtəlif fikirlərin yer aldığı bəyanatla tanış olduq. Hazırda bu məsələ ilə bağlı bizə heç bir rəsmi müraciət daxil olmayıb. Biz öz növbəmizdə bəyanatda yer alan təşəbbüsləri Vaşinqtonla gələcək təmaslar zamanı müzakirə etməyə hazırıq. Onu da deyə bilərəm ki, bu gün belə təmaslar mümkündür”.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- İrana səfər planlayan vətəndaşlara Moskvadan çağırış - Baku TV
- İrana səfər planlayan Rusiya vətəndaşlarına xəbərdarlıq - Baku TV CANLI
- "Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR
- Avropa diplomatları Rusiya XİN rəhbəri ilə eyni kadrda yer almaq istəməyib
- Rusiya XİN Aİ və NATO rəhbərliyini ittiham etdi
