Dünya
Pleyeri seçin:
Zaxarovanın "od qoyduğu" Simonyan susmadı
Ermənistan parlamentinin sədri Alen Simonyan sentyabrın 5-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın onun barədə tənqidi açıqlamalarını şərh etməkdən özünəməxsus imtina edib.
“Mən hansısa qurumun katibəsinə cavab verməyəcəyəm, məncə, bu, mənim səviyyəm deyil. Bunun üçün Xarici İşlər Nazirliyi var, cavab versinlər”, – deyə Alen Simonyan qeyd edib.
Simonyan ölkəsi ilə Rusiya arasındakı münasibətləri şərh edərək isə baş verənləri gərginlik deyil, sualların olduğu yerdə dəqiq cavabların olmadığı vəziyyət adlandırıb.
Kopyalandı
Seçilmişlər