Zelenski ABŞ-yə səfərə hazırlaşır? - Trampın xüsusi nümayəndəsi Keyt Kelloqdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çox yaxındır”.
Bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News”a müsahibəsində deyib.
O əlavə edib ki, ABŞ administrasiyasının təklif etdiyi sülh planı üzərində iş davam edir.
“28 bənddən ibarət sülh planı təklif olunub və onun üzərində iş gedir. Yekun nəticənin əldə edilməsi üçün danışıqlar davam edəcək. İnanıram ki, buna nail olmaq şansımız var”, ‒ deyə o bildirib.
K.Kelloqun sözlərinə görə, Rusiya rəhbərliyi sülh planında bəzi düzəlişlərin edilməsini təklif edəcək. Volodimir Zelenski isə detalları müzakirə etmək üçün ABŞ-yə səfər edə bilər.
ABŞ dövlət katibi Marko Rubio isə Vaşinqtonun təklif etdiyi planı Ukrayna böhranının həlli üzrə danışıqlar üçün möhkəm təməl adlandırıb. O bu barədə öz “X” hesabında yazıb.
“Sülh təklifi ABŞ tərəfindən hazırlanıb. O, davam edən danışıqlar üçün möhkəm təməl kimi irəli sürülür. Lakin o həmçinin Ukraynanın keçmiş və davam edən töhfələrinə əsaslanır”, ‒ deyə M.Rubio paylaşımında bildirib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib
- Zelenski Maskın maliyyə imkanları ilə Avropa siyasətinə təsirini yolverilməz sayıb - Baku TV CANLI
- Kiyev milyarderin açıqlamalarına niyə sərt reaksiya verdi?
- Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR
- Rusiya yeni zərbələrə hazırlaşır?
