Pleyeri seçin:

“Zelenski də hədəfə alındı!” | Rusiyanın cavab planı ifşa olundu

05 iyun 2025 537 baxış

“Avropa Ukrayna ilə gizli enerji və torpaq müqavilələri bağlamaq istəyir, lakin Moskva bu planları qəbul etmir”.

“PolitRus” analitik portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov “Globalinfo.az”a geniş müsahibəsində Ukraynanın Rusiyaya dron hücumları, bu prosesdə Qərbin rolu və mümkün cavab ssenariləri barədə diqqətçəkən fikirlər səsləndirib.

O bildirib ki, Bryansk və Kursk vilayətlərində körpülərin partladılması təkcə Ukraynanın deyil, Paris və Londonun da iştirak etdiyi planlı terror aktlarıdır. Bəzi Qərb ölkələri Ukraynaya yalnız silah və maliyyə ilə deyil, həm də peyk kəşfiyyatı və strateji göstərişlərlə dəstək verir.

Politoloqun fikrincə, Qərbin əsas planı Rusiya ilə iqtisadi və geosiyasi maraqlar uğrunda dolayısı müharibə aparmaqdır. Bu məqsədlə Ukrayna bir tramplin, əhalisi isə “canlı sipər” kimi istifadə olunur. Avropa Ukrayna ilə gizli enerji və torpaq müqavilələri bağlamaq istəyir, lakin Moskva bu planları qəbul etmir.

“Kiyevə “Bankova əməliyyatı” gözlənilir”. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin açıqlamalarına istinad edən V.Arkov Rusiya tərəfinin Kiyevə qarşı dəqiq və sarsıdıcı cavab planlaşdırdığını deyib.

Onun sözlərinə görə, bu işdə Moskvaya hətta Ukrayna hökumətində simpatiya bəsləyənlər də kömək edir:

“Bankova küçəsində hakimiyyətin dəyişdirilməsi, Zelenskinin kənarlaşdırılması, yəni “Bankova əməliyyatı” real gündəmə çevrilib. Moskva mülki vətəndaşlara zərər vermədən konkret hədəfə yönəlmiş cavab zərbəsinə hazırlaşır”.

“Danışıqlarda dönüş gözlənilir”. V.Arkov İstanbulda aparılan danışıqların Ukrayna münaqişəsinin həllində yeganə real yol olduğunu deyib.

Onun fikrincə, əgər Tramp yenidən prezident olsa və danışıqları irəli aparsa, bu həm Nobel Sülh Mükafatı, həm də yeni dünya düzəninə aparan yol kimi qiymətləndirilə bilər.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 537 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 537 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 537 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 537 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 537 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 537 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 537 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 537 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 537 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 537 baxış
Seçilmişlər
icon