Dünya
Pleyeri seçin:

Zelenski Qərbin dondurduğu 50 milyardın taleyindən danışıb

13 yanvar 2024

Son vaxtlar Qərbin, xüsusilə ABŞ-nin verdiyi vədlərə zidd olaraq Ukraynaya yardımları qəfil dayandırması ciddi qlobal qınağa və müzakirələrə səbəb olub. Xüsusilə Ukrayna ictimaiyyəti müharibənin ən həlledici anında ABŞ-nin bu gözlənilməz addımlarını və Vaşinqtonun məyusedici açıqlamalarını hiddət və narazılıqla qarşılayıb.

Rəsmi Kiyevdən bu duruma reaksiya da artıq verilib, ölkə rəhbəri yanvarın 12-də Kiyevdə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında Ukrayna ictimaiyyətinin məsələ ilə bağlı narahatlığına münasibət bildirib.

Baku TV-nin Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 1-də xalqa bu istiqamətdə yeni nəticələrlə bağlı şad xəbər verəcəyini deyib.

“Artıq fevralın 1-də Avropa İttifaqından 50 milyard avroluq yardımın blokdan çıxarılması ilə bağlı müsbət cavab gözlənilir. 50 milyard avro məbləğində çoxmilyardlıq uzunmüddətli dəstəklə bağlı məhz fevralın 1-də müsbət qərarın verilməsi üçün çalışırıq. Əsl nəticəni fevralın 1-də sizinlə birlikdə görəcəyik. Bunun üzərində hər gün iş gedir. Vaşinqtondan dayanan yardıma gəlincə, düşünürəm ki, biz bununla bağlı da müsbət nəticəyə nail olacağıq”, – o bildirib.

V.Zelenski bu durumda hava hücumundan müdafiə ilə bağlı Ukraynanın mövcud gücünü də şərh edib:

“Hava hücumundan müdafiə sistemləri kontekstində dövlətimizin hərtərəfli müdafiəyə malik olduğunu söyləmək hələ tez olardı. Patriot sistemləri kifayət qədər deyil, yetəri qədər fərqli diapazonlu sistemlər yoxdur, lakin buna baxmayaraq, yavaş-yavaş onlar bizə gəlir. Nəsə əldə olunub. Biz tərəfdaşlarımızla bəzi məsələlərlə bağlı razılığa gəlmişik. Təfərrüatları açıqlamayacağam. Amma yaxşı nəticələr var”. 

Planın arxasında, əslində, kimlər dayanır? - Erməni nəşrindən sensasiya

Planın arxasında, əslində, kimlər dayanır? - Erməni nəşrindən sensasiya

Dünya
20 may 2024
İran Prezidenti Rəisinin həlak olması xalqa belə açıqlandı

İran Prezidenti Rəisinin həlak olması xalqa belə açıqlandı

Dünya
20 may 2024
İran XİN-dən helikopterin axtarışı üçün yardım edən ölkələrə təşəkkür

İran XİN-dən helikopterin axtarışı üçün yardım edən ölkələrə təşəkkür

Dünya
20 may 2024
Rəisi necə həlak oldu? | Britaniyadan müharibə açıqlaması | Ukraynanın itkisi - SALAM BAKU

Rəisi necə həlak oldu? | Britaniyadan müharibə açıqlaması | Ukraynanın itkisi - SALAM BAKU

Dünya
20 may 2024
İbrahim Rəisi kim idi? - Prezidentin dosyesindən mühüm detallar

İbrahim Rəisi kim idi? - Prezidentin dosyesindən mühüm detallar

Dünya
20 may 2024
Rəisinin həlak olduğu helikopterin qalıqları tapıldı | Son məlumatlar

Rəisinin həlak olduğu helikopterin qalıqları tapıldı | Son məlumatlar

Dünya
20 may 2024
Rəisinin ölümündən sonra İranda prezident seçkiləri nə vaxt keçiriləcək?

Rəisinin ölümündən sonra İranda prezident seçkiləri nə vaxt keçiriləcək?

Dünya
20 may 2024
İranın vitse-prezidentindən İbrahim Rəisinin ölümü ilə bağlı açıqlama

İranın vitse-prezidentindən İbrahim Rəisinin ölümü ilə bağlı açıqlama

Dünya
20 may 2024
İran Prezidentinin olduğu helikopterin qəzaya düşmə sxemi

İran Prezidentinin olduğu helikopterin qəzaya düşmə sxemi

Dünya
20 may 2024
İbrahim Rəisinin ölüm xəbəri təsdiqləndi | Qəza ilə bağlı son məlumat

İbrahim Rəisinin ölüm xəbəri təsdiqləndi | Qəza ilə bağlı son məlumat

Dünya
20 may 2024
Seçilmişlər
icon