Zelenski və Tramp nə vaxt görüşəcək? | Alyaska görüşünün nəticələri
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşündən sonra Avropa İttifaqı və NATO liderləri ilə telefon danışığı aparıb.
Bu barədə Avropa Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Donald Tramp Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və NATO-nun Baş katibi Mark Rutteyə Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüşün nəticələri barədə məlumat verib.
Ağ Evin mətbuat katibi Karolin Levitt isə vurğulayıb ki, Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə də telefon danışığı aparıb. ABŞ lideri ukraynalı həmkarını danışıqların nəticələri barədə məlumatlandırıb. V.Zelenskini avqustun 18-də Vaşinqtona səfərə dəvət etdiyi qeyd edilib.
Dəvətlə bağlı şəxsi “Telegram” kanalında paylaşım edən Ukrayna lideri ABŞ Prezidenti ilə görüşməyi planlaşdırdığını açıqlayıb.
“Biz D.Trampın Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyirik. Bazar ertəsi Vaşinqtonda Prezident Trampla münaqişəyə son qoymağın bütün detallarını müzakirə edəcəyəm. Dəvətə görə minnətdaram. Ukrayna əsas məsələlərin liderlər səviyyəsində müzakirə oluna biləcəyini və üçtərəfli formatın buna uyğun olduğunu vurğulayır”, − deyə V.Zelenski qeyd edib.
O həmçinin ABŞ ilə birlikdə etibarlı təhlükəsizlik naminə Avropanın danışıqların bütün mərhələlərində iştirakının vacibliyini qeyd edib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI
- İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV
- Seçkilərdən sonra Yaxın Şərqdə yeni gərginlik riski | Trampın iqtisadi hesabı nədir? - Baku TV
- Aralıq seçkiləri ABŞ-nin İranla bağlı siyasətində nəyi dəyişəcək? - Baku TV
- Cənubi Qafqaz böyük geosiyasi oyunun mərkəzində: Trampın zəifləməsi kimə sərf edir? - AKTUAL GÜNDƏM
