Zelenskidən Rusiya barədə qalmaqallı sözlər | ABŞ-yə təzyiq edilir? - Baku TV
Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin iki ay ərzində Donbasdan çıxarılmasını təkid edir.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.
"Hazırda Rusiya bir daha ABŞ tərəfinə cəbhədəki məqsədlərinə çatmaq üçün yeni müddətlər səsləndirir. Mən təəccüblənirəm ki, buna necə inanmaq olar. Ruslar deyirlər ki, iki ay ərzində Donbası ələ keçirəcəklər. Guya Ukraynanın çıxmaq üçün iki ay vaxtı var və onda müharibə bitəcək. Amma əgər Ukrayna iki ay ərzində çıxmasa, o zaman Rusiya Donbası ələ keçirəcək və daha sonra başqa şərtlər irəli sürəcək. Məntiqi sual yaranır: əgər onların məqsədi yalnız Donbasdırsa, niyə daha irəli gedəcəklərini və sonra başqa şərtlərin olacağını deyirlər? Yəni söhbət heç də yalnız Donbasdan getmir. Onların məqsədləri bizə aydındır", – deyə V.Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri iki ay ərzində heç nəyi ələ keçirə bilməyəcəklər və bunu çox yaxşı başa düşürlər: "Onlar təzyiq göstərirlər. Bu gün Rusiya ABŞ-yə təzyiq edir, çünki aralıq seçkiləri yaxınlaşır".
Ukrayna Prezidenti həmçinin ABŞ-nin Kiyev və Moskva arasında Pasxa atəşkəsi təklifini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələri artırdı: Müharibə yeni mərhələyə keçir?
- Rusiya-Ukrayna cəbhəsində şiddətli döyüşlər gedir
- Ukrayna və Bolqarıstan arasında vacib sənədlər imzalandı - Baku TV
- Zelenskidən Ukrayna ilə bağlı vacib çağırış
- Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... | Zaxarovadan açıqlama - Baku TV
