Dünya
Pleyeri seçin:
Zelenskinin gözlədiyi icazə verilmədi | ABŞ-dən əliboş qayıdır, yoxsa...?
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Qərb raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirmə icazəsi almadan Kiyevə qayıdacaq.
Bu barədə “The Times” nəşri məlumat yayıb.
Bildirilib ki, V.Zelenski Ağ Ev lideri Cozef Bayden və ABŞ-nin vitse-prezidenti Kamala Harrislə görüşlər zamanı onlardan uzaqmənzilli “Storm Shadow” və ATACMS raketləri ilə Rusiyaya zərbələr endirməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırmalarını istəyib, lakin istədiyi cavabı ala bilməyib.
“Ukraynalı lider həm də onlara müharibədə qalib gəlmək üçün planını təqdim etməli idi”, – deyə yazıda qeyd olunub.
Məlumat üçün bildirək ki, C.Bayden bu yaxınlarda Ukraynaya 2,4 milyard dollar həcmində olan yeni hərbi yardım paketi təqdim edib.
Kopyalandı
Seçilmişlər