Dünya
Pleyeri seçin:
Zelenskinin Rusiyaya qarşı ərazi iddiasına Zaxarovadan sərt reaksiya
“Volodimir Zelenskinin “Rusiya Federasiyasının tarixən ukraynalıların yaşadıqları əraziləri haqqında” fərmanı absurd sənəddir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
“Bu əzabdır. Kiyev rejiminin heç vaxt real nailiyyətləri olmayacaq. Ölkəni Qərb kuratorlarının sifarişi ilə Zelenski və onun sələfləri dağıdıblar. Sözün əsl mənasında hər şey satılıb, ixrac edilib və oğurlanıb. İnsanlar mal-qara kimi kəsilir”, – M.Zaxarova vurğulayıb.
Qeyd edək ki, Volodimir Zelenski Rusiya ərazisinə iddia edən fərman imzalayıb.
Kopyalandı
Seçilmişlər