Pleyeri seçin:
Zəngəzur dəhlizinə qarşı çıxan Sübhani İranda tənqid edildi
“İranın Ermənistandakı səfiri öz vəzifəsində, heç olmasa, diplomatik etikaya riayət etməlidir. Sosial şəbəkələrdə ona aid edilən açıqlamalar doğrudursa, diplomata xəbərdarlıq edilməlidir”.
Bunu İranın keçmiş millət vəkili Məhəmməd Abbaszadə Meşkini deyib.
O, səfiri diplomatik etikaya əməl etməyə çağırıb: “Sən İranın Ermənistandakı səfirisən, Ermənistanda Tehran üçün problemlər yaradan səfir deyilsən!”.
Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani Tehranın üçüncü ölkələrin nümayəndələrinin Zəngəzurda kommunikasiyalara nəzarət etməsinin əleyhinə olduğunu deyib.
Kopyalandı
#İran teqi istifadə olunub
- Çinin peyk görüntüləri ilə bağlı iddialara Pezeşkian nə cavab verdi? - Baku TV CANLI
- Ermənistan Qərbə yönəldiyi vaxtda İranla maraqlarını necə balanslaşdıracaq? - Baku TV
- Ermənistan və İran arasında ABŞ-də vacib görüş: Tərəflər nələri müzakirə etdi? - Baku TV
- ABŞ və Rusiya nazirlərinin Ukrayna və İran müzakirəsi necə nəticə verəcək? - ANA XƏBƏR
- Tramp-Pezeşkian görüşü ABŞ-İran münasibətlərində yeni səhifə aça bilərmi? - Baku TV
