Pleyeri seçin:

Zibil qutularının olmamasının arxasındakı qalmaqallı həqiqət | Bu ölkədə...

01 may 2025 775 baxış

Yaponiyada demək olar ki, zibil qutuları yoxdur. Bəs onda insanlar zibillərini hara atırlar?

Yaponiyada ictimai zibil qutularının həddən ziyadə az olmasının bir neçə məntiqi səbəbi var.

Belə ki, 1995-ci ildə Tokio daxili terror aktı ilə sarsıldı. Şinrikyo terror təşkilatının üzvləri laboratoriyada hazırlanmış Sarin qazını Tokio metrosunun müxtəlif stansiyalarına buraxaraq çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb oldu. Sarin qazı son dərəcə zəhərlidir və məruz qalanlarda iflic və boğulmalara səbəb ola bilir.

Hücum cinayət nisbəti aşağı olan və terror hadisəsi az olan bir ölkə üçün çox böyük şok idi. Bu baxımdan, gələcək hücumların qarşısını almaq üçün görülən tədbirlərdən biri də ictimai zibil qutularının yığışdırılması olub.

Digər səbəb isə zibilin yığılmasının bahalı proses olmasıdır. Çünki Yaponiyada tullantıların yığılması ayrı-ayrı bələdiyyələr tərəfindən idarə olunur və əsasən pulsuz dövlət xidməti kimi təqdim olunur. Tokio kimi böyük şəhərlərdə zibil qutularının quraşdırılması əmək tələblərinin artmasına və yeni maliyyə tələblərinə səbəb olur.

Yaponiyada insanlar ümumiyyətlə zibillərini evlərinə aparıb ayırmağa üstünlük verirlər və ictimai yerlərin təmizliyinə diqqət yetirirlər.

Zibil qutularını parklarda, bəzi qatar stansiyalarında və ictimai tualetlərdə tapmaq olar. Avtomatların yanında xüsusi tullantı qutuları da var. İnsanlar adətən avtomatlardan aldıqları içkiləri bitirib bankanı bura atıb yollarına davam edirlər.

Xüsusilə marketlərdə zibil qutularına rast gəlmək olar. Lakin bu qablar müştərilər üçün nəzərdə tutulduğundan çöldən zibil atmaq, ümumiyyətlə, birmənalı qarşılanmır. Müştərilər zibilləri düzgün ayırmırlarsa və ya başqa yerlərdən külli miqdarda zibil gətirərlərsə, o zaman market işçiləri zibilləri ayırmağa məcbur olurlar. Bu səbəbdən bir çox marketlər zibil qutularını içəri köçürüb.

Banner
İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

İtaliyada nə baş verir? | Aksiyaların miqyası genişlənir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 775 baxış
Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 775 baxış
Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Ukrayna böyük geosiyasi razılaşmanın qurbanına çevrilir? - AKTUAL GÜNDƏM

Dünya
22 oktyabr 2026 775 baxış
Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Kuba ABŞ-ni BMT-dəki səsverməyə müdaxilə etməkdə ittiham edib

Dünya
22 oktyabr 2026 775 baxış
SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

SEPAH-dan kritik bəyanat | ABŞ-nin regional bazaları da hədəf olacaq? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 775 baxış
Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Vaşinqton və Təl-Əviv Tehran üçün nə hazırlayır? - Baku TV CANLI

Dünya
22 oktyabr 2026 775 baxış
Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Davam edən etirazlar fonunda Fransa hökuməti daha gərgin günlərə hazırlaşır - Baku TV

Dünya
22 oktyabr 2026 775 baxış
"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

"Uşaqların rifahına investisiya" sammitində təhsil və səhiyyəyə əlçatanlıq müzakirə edilir - Baku TV

Dünya
22 oktyabr 2026 775 baxış
Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib

Dünya
22 oktyabr 2026 775 baxış
Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Asteroid təhlükəsinə qarşı nüvə qurğularından istifadə ideyası yenidən diqqət mərkəzindədir

Dünya
22 oktyabr 2026 775 baxış
Seçilmişlər
icon