Zvartnots hava limanı nə vaxt boşaldılır? | Simonyandan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması məsələsi nəhayət həll olundu”.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin sualını cavablandırarkən deyib.
Bildirib ki, rəsmi İrəvan və Moskva artıq bu problemi müzakirə etmir:
"Ermənistan üçün bu, artıq həll olunmuş məsələdir. Mən hesab edirəm ki, burada heç bir müzakirəyə gərək qalmayıb. Bu prosesi dövlətlərarası sazişin pozulması kimi təqdim etməyə cəhd edirlər. Əslində isə bu, idarələrarası saziş idi, məqsədi Ermənistan sərhədçilərinə bu sahədə fayda vermək, onların yükünü yüngülləşdirmək idi. Artıq buna ehtiyac yoxdur.
Biz qarşı tərəfə də bildirdik ki, sizin köməyinizə görə minnətdarıq, amma indi bu köməyə ehtiyacımız yoxdur. Həmçinin bildirmək istəyirəm ki, Rusiya sərhədçiləri 2024-cü il avqustun 1-dək “Zvartnots”u tərk edəcəklər".
A.Simonyan Ermənistan və Rusiya arasında 1992-ci ildə imzalanan dövlətlərarası müqaviləni yada salaraq vacib məqama da toxunub. Deyib ki, rusiyalı əsgərlərin Ermənistan-Türkiyə sərhədindən yaxın zamanda çıxarılması hələlik müzakirə mövzusu deyil.
#Ermənistan teqi istifadə olunub
- 1914-cü ilədək bütünlüklə azərbaycanlılardan ibarət olan tarixi kəndimiz - Baku TV
- Qaraqayadan Dzoravanka: Azərbaycan kəndinin unudulmayan tarixi - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- “Biz döyüş meydanında cavab verdik, kimin kim olduğunu hər kəs gördü” | Prezident - Baku TV
- “Onlar bəzilərinin qucağına sığınmışdılar, Bakıya tanklarla gəlmək istəyirdilər...” | Prezident
- "İşğalla barışmaq niyyətində deyildik" - Prezident ölkəmizə qarşı qarayaxma kampaniyasından danışdı
