Ana səhifə Hadisə Avtomobilin vurduğu piyada hadisə yerində ölüb
Ölçünü dəyiş

Avtomobilin vurduğu piyada hadisə yerində ölüb

Hadisə
18 Sentyabr 2019, 07:31
23.9k görüntü
0
Paylaş:

Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metronun "Koroğlu" stansiyasının qarşısında, piyadalar üçün təyin edilməmiş yerdən yolu keçmək istəyən 45-50 yaşlı kişini 1979-cu il təvəllüdlü Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili vurub.

Kişi aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.

Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. Meyitə ilkin baxış keçirilən zaman üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd tapılmayıb.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

Şərhlər