Hadisə
Pleyeri seçin:
15 yaşlı oğlanın cansız bədəni mağazada tapıldı | Astarada dəhşətli hadisə
Astaranın Rinə kənd sakini, 15 yaşlı Zöhrab Fətəliyevin işlədiyi mağazada asılmış vəziyyətdə meyiti aşkar olunub.
İlkin məlumata görə, yeniyetmənin intihar etdiyi bildirilib.
Yaxınlarının sözlərinə görə, Zöhrabın ailəsinin maddi vəziyyəti yaxşı olmayıb və o buna görə dərsdən sonra neft məhsullarının satışı ilə məşğul olub. Mərhumun atasının Bakıda işlədiyi, qardaşının isə əsgərlikdə olduğu bildirilib.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən isə bildirilib ki, Rinə kənd tam orta məktəbinin şagirdi Zöhrab Fətəliyev oxuduğu illər ərzində özünü tərbiyəli şagird kimi aparıb.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
Seçilmişlər