Hadisə
Pleyeri seçin:
Müdafiə Nazirliyi həyatını itirən hərbi qulluqçu ilə bağlı məlumat yaydı
Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Faktla bağlı araşdırma aparılır.
“Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Kəngərli rayonunun Xok kəndindən olan Bəhri Tağıyev ailəli idi, 5 yaşlı oğlu var.
Kopyalandı
Seçilmişlər