Pleyeri seçin:

19 nəfəri aldadan "T-Group" MMC-nin direktoruna hökm oxundu - Baku TV

26 noyabr 2026 215 baxış

Bakıda 19 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri polisə daxil olan çoxsaylı şikayətlər əsasında həbs edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, "T-Group" MMC-nin direktoru Teymur Məhərrəmov 1 milyon manata qədər pul ələ keçirməkdə təqsirli bilinib.

İttihamda deyilir ki, şirkət rəhbəri vətəndaşlara Qəbələ, Quba, Qax, Şamaxı, Xaçmaz rayonlarında ev, hovuz və istirahət guşəsi inşa etdirəcəyi barədə yalan vədlər verib.

Məsələn, o, ev tikdirmək üçün Qubanın Qəçrəş kəndində bir nəfərdən 150 min manat, Qaxın Qaxbaş kəndində tikinti adı ilə 96 min, Qəbələdə isə ev tikintisi üçün 82 min manat pul alıb.

Məhərrəmov pulları ofisdə əlbəəl, bir hissəsini isə kart hesabına köçürmək yolu ilə əldə edib, amma verdiyi vədə əməl etməyərək aradan çıxıb.

Aldadılan çoxsaylı zərərçəkmişlər polis idarəsinə üz tutduqdan sonra Teymur Məhərrəmovun əməlləri ifşa edilib.

Şirkət rəhbərinin işini Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanova araşdırıb.

Çoxsaylı zərərçəkmişlərin və şahidlərin də ifadələri ilə təqsirləndirilən şəxsə verilmiş ittihamlar sübuta yetirilib. Böyük məbləğdə pullar itirən zərərçəkmişlər başlarına gələnləri bir-bir hakimə danışıb, pullarının qaytarılmasını istəyiblər. Əks halda, zərərçəkənlər təqsirləndirilən şəxsin ağır cəzalandırılmasını istəyiblər.

Məhkəmənin hökmü ilə Teymur Məhərrəmov külli miqdarda dələduzluqda təqsirli bilinib, ona 7 il həbs cəzası verilib. 

Banner
Faciəvi şəkildə həyatını itirən Həsənin atasından ürəkdağlayan sözlər - Baku TV

Faciəvi şəkildə həyatını itirən Həsənin atasından ürəkdağlayan sözlər - Baku TV

Hadisə
27 noyabr 2026 56 baxış
Binadan yıxılaraq ölən tələbə Həsən Əlili Tovuzda torpağa tapşırıldı - Baku TV CANLI

Binadan yıxılaraq ölən tələbə Həsən Əlili Tovuzda torpağa tapşırıldı - Baku TV CANLI

Hadisə
27 noyabr 2026 74 baxış
DİN aparıcı Firuzə Cəlilovanın bağ evi ilə bağlı iddialara aydınlıq gətirib - Baku TV

DİN aparıcı Firuzə Cəlilovanın bağ evi ilə bağlı iddialara aydınlıq gətirib - Baku TV

Hadisə
27 noyabr 2026 92 baxış
Qazaxda dəhşətli partlayış: Ana və oğlu xəsarət aldı - ƏSAS XƏBƏR

Qazaxda dəhşətli partlayış: Ana və oğlu xəsarət aldı - ƏSAS XƏBƏR

Hadisə
26 noyabr 2026 203 baxış
"Heç nə çıxara bilmədik..." | Lənkəranda 9 nəfərin yaşadığı ev yanaraq kül oldu - Baku TV

"Heç nə çıxara bilmədik..." | Lənkəranda 9 nəfərin yaşadığı ev yanaraq kül oldu - Baku TV

Hadisə
26 noyabr 2026 216 baxış
Lənkəranda qorxulu anlar | 9 nəfərin yaşadığı ev niyə yanıb külə döndü? - Baku TV CANLI

Lənkəranda qorxulu anlar | 9 nəfərin yaşadığı ev niyə yanıb külə döndü? - Baku TV CANLI

Hadisə
26 noyabr 2026 149 baxış
Xırdalanda inanılmaz mənzərə | Qazıntı işləri sakinlər üçün kabusa çevrildi - Baku TV CANLI

Xırdalanda inanılmaz mənzərə | Qazıntı işləri sakinlər üçün kabusa çevrildi - Baku TV CANLI

Hadisə
26 noyabr 2026 150 baxış
“Qazırlar, eləcə də qalır, hamı üçün təhlükədir!” | Küçədə dəhşətə gətirən hadisə - Baku TV

“Qazırlar, eləcə də qalır, hamı üçün təhlükədir!” | Küçədə dəhşətə gətirən hadisə - Baku TV

Hadisə
26 noyabr 2026 145 baxış
“Güclü partlayış oldu” | Qazaxda qorxulu hadisə: ana və oğlu... - Baku TV

“Güclü partlayış oldu” | Qazaxda qorxulu hadisə: ana və oğlu... - Baku TV

Hadisə
26 noyabr 2026 115 baxış
Yevlaxda təhlükəli anlar | Güclü külək və yağış ağır fəsadlara səbəb oldu - Baku TV

Yevlaxda təhlükəli anlar | Güclü külək və yağış ağır fəsadlara səbəb oldu - Baku TV

Hadisə
26 noyabr 2026 93 baxış
Seçilmişlər
icon