“Dedi ki, anamı burax, bıçağı qapdı” - Hacıqabulda dəhşət: kürəkən qayınatanı öldürdü? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulda qətl hadisəsi baş verib. Şəhər sakini Asim İmanovun qayınatası 62 yaşlı Davud Abbasovu bıçaqlayaraq öldürdüyü bildirilir.
Saxlanılan şəxsin anasının sözlərinə görə, hadisədən əvvəl Asim İmanovla həyat yoldaşı arasında mübahisə yaranıb. O iddia edir ki, gəlininin atasını hadisə yerinə çağırmasından sonra tərəflər arasında münaqişə daha da gərginləşib:
“Onların evdə nə danışdıqlarını, necə mübahisə etdiklərini bilmirəm. Gəlinim atasına zəng edərək onu çağırıb. Atası da gəlib Asimi döyüb. Mən gəlinimlə söhbət edirdim. Bir qədər sonra Davud gəldi. Ona dedim ki, ər və arvad arasında mübahisə olubsa, Asimi niyə döyürsən? Bu zaman o, hücum edərək məni divana tərəf itələdi. Asim də anasına qarşı bu hərəkəti gördü. Həmin an bıçaqla Davuda zərbə endirdi”.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən Asim İmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
#Hacıqabul teqi istifadə olunub
- Qardaş bacı qatili oldu | Hacıqabulda dəhşətli qətl - Baku TV
- Hacıqabulda 19 yaşlı xanım qətlə yetirildi - Baku TV CANLI
- Hacıqabulda ağır qəza | Sərnişin avtobusunun aşma səbəbi nədir? - Baku TV
- "Bilmədim necə oldu" | Hacıqabulda ağır qəza: "Gördüm ki, idarə edə bilmirəm" - Baku TV
- Hacıqabulda fərdi yaşayış evi yanaraq külə döndü | "Evdən bir gəlin və uşaq çıxıb" - Baku TV
