Pleyeri seçin:

300 nəfər necə qurbana çevrildi? - Dəhşətli əməlin üstü açıldı - Baku TV

08 iyul 2026 242 baxış

Son aylarda ölkənin virtual məkanında “Ponzi” sxemi əsasında fəaliyyət göstərən “Any Unboxing” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) çoxsaylı müraciətlər daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, piramidanı təşkil və idarə edən şəxslər onlayn qruplar vasitəsilə vətəndaşları bu sxemə cəlb ediblər. Sxemə qoşulan şəxslərə isə müxtəlif məbləğlər müqabilində virtual qutular satılıb. Onlara həmin qutuları hər gün açmaqla gəlir əldə edəcəkləri barədə həqiqətə uyğun olmayan vədlər verilib.

Vətəndaşların bu proses zamanı qazandıqları virtual maliyyə vəsaitləri “Any Unboxing” tətbiqində onlar üçün yaradılmış profil hesablarında əks olunsa da, reallıqda həmin gəlirlərin heç bir iqtisadi əsası olmadığından onların nağdlaşdırılması mümkün olmayıb.

Bundan başqa, platformaya yeni üzvlər cəlb edən şəxslərə müxtəlif bonusların veriləcəyi də vəd olunub. Bu yolla təxminən 300 nəfərdən artıq vətəndaş “Any Unboxing” onlayn dələduzluq piramidasına cəlb edilib və onların hər birinə müxtəlif məbləğlərdə maddi ziyan dəyib.

Həyata keçirilən əməliyyat-texniki tədbirlərlə müəyyən olunub ki, piramida ölkə ərazisində Malayziya vətəndaşları olan 38 yaşlı Lee Kai Fatt və 34 yaşlı Ravi Sivadass tərəfindən təşkil edilib.

Həmçinin bu qanunsuz fəaliyyətin insanlar arasında daha geniş yayılması və yeni iştirakçıların piramidaya cəlb olunması 34 yaşlı Arzu Musayeva və 30 yaşlı Səbuhi Məmmədov tərəfindən həyata keçirilib.

Əməliyyatın davamı olaraq Ravi Sivadass, Arzu Musayeva və Səbuhi Məmmədov saxlanılıb. Adıçəkilən digər şəxsin saxlanılması istiqamətində isə beynəlxalq axtarış elan edilib.

İş üzrə aparılan ilkin araşdırmalarla zərərçəkmiş şəxslərə ümumilikdə 2,5 milyon manata yaxın maddi ziyanın dəydiyi müəyyən edilib. İstintaq gedişi zamanı zərərçəkmişlərin sayının və onlara dəymiş maddi ziyanın məbləğinin artacağı istisna olunmur.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Ravi Sivadass, Arzu Musayeva və Səbuhi Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar. Araşdırmalar davam etdirilir.

Ağdaşda ailə mübahisəsi qanla bitdi | Ər arvadını və oğlunu bıçaqladı - ANA XƏBƏR

Ağdaşda ailə mübahisəsi qanla bitdi | Ər arvadını və oğlunu bıçaqladı - ANA XƏBƏR

Hadisə
24 avqust 2026 242 baxış
"Ayıbdır, sənə yaraşmır" | Ər arvadı və oğlunu bıçaqladı: “Fəhlədir, beyninə şeytan girib” - Baku TV

"Ayıbdır, sənə yaraşmır" | Ər arvadı və oğlunu bıçaqladı: “Fəhlədir, beyninə şeytan girib” - Baku TV

Hadisə
24 avqust 2026 242 baxış
DİN-dən eyni anda 4 rayonda əməliyyat - Baku TV CANLI

DİN-dən eyni anda 4 rayonda əməliyyat - Baku TV CANLI

Hadisə
24 avqust 2026 242 baxış
"İrşad Electronics"də qalmaqal: işçiyə təzyiq edilir? - “Evimi məcburən keçirdim adlarına” - Baku TV

"İrşad Electronics"də qalmaqal: işçiyə təzyiq edilir? - “Evimi məcburən keçirdim adlarına” - Baku TV

Hadisə
24 avqust 2026 242 baxış
İsmayıllıda dəhşətli hadisə | Bacı-qardaş suda boğularaq həyatını itirib - Baku TV

İsmayıllıda dəhşətli hadisə | Bacı-qardaş suda boğularaq həyatını itirib - Baku TV

Hadisə
24 avqust 2026 242 baxış
Bakıda bacı-qardaş mübahisəsinin sonu evin yandırılması ilə bitdi - Baku TV

Bakıda bacı-qardaş mübahisəsinin sonu evin yandırılması ilə bitdi - Baku TV

Hadisə
24 avqust 2026 242 baxış
İsmayıllıda ailə faciəsinə səbəb olan hadisənin detalları - Baku TV CANLI

İsmayıllıda ailə faciəsinə səbəb olan hadisənin detalları - Baku TV CANLI

Hadisə
23 avqust 2026 242 baxış
Qardaşını xilas etmək istəyən bacı özü də boğuldu

Qardaşını xilas etmək istəyən bacı özü də boğuldu

Hadisə
23 avqust 2026 242 baxış
"Sakinlər hadisənin şokundadır..." | İsmayıllıda yaşanan ailə faciəsinin detalları - Baku TV

"Sakinlər hadisənin şokundadır..." | İsmayıllıda yaşanan ailə faciəsinin detalları - Baku TV

Hadisə
23 avqust 2026 242 baxış
Ağstafada video çəkən yeniyetmə xəstəxanalıq oldu - Baku TV CANLI

Ağstafada video çəkən yeniyetmə xəstəxanalıq oldu - Baku TV CANLI

Hadisə
22 avqust 2026 242 baxış
Seçilmişlər
icon