Hadisə
Pleyeri seçin:
4 aylıq körpənin ölüm səbəbi görün nə imiş | Cəlilabad
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Cəlilabad rayonunda ölən körpə ilə bağlı açıqlama yayıb.
Bildirilir ki, 2024-cü il yanvarın 27-də rayonun Günəşli kənd sakini 2023-cü il təvəllüdlü körpə ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən körpəyə dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib. Həkimlərin bütün səylərinə baxmayaraq, yanvarın 28-də saat 19:40 radələrində ölüm qeydə alınıb.
Qeyd edək ki, ilkin məlumatda körpənin qızılcadan dünyasını dəyişdiyi bildirilirdi.
Kopyalandı
Seçilmişlər