Pleyeri seçin:

Abşeronda bədbəxt hadisə | Karxanadakı faciə ilə bağlı qurumdan açıqlama - Baku TV

17 avqust 2026 279 baxış

Abşeron rayonunun Daş Güzdək qəsəbəsində yerləşən daş karxanalarından birində ölüm hadisəsi baş verib.

Hadisə zamanı 65 yaşlı Rabil Zərbəliyevin ayağı daş karxanasında istifadə olunan qurğuya düşüb.

Ağır xəsarət alan işçi xəstəxanaya aparılarkən yolda həyatını itirib.

Baku TV əməkdaşının ərazidən hazırladığı reportaj zamanı daş karxanalarında iş şəraiti ilə bağlı ciddi problemlər də müşahidə olunub.

Ərazidə köhnə və istismar müddətini başa vurduğu ehtimal edilən qurğulardan istifadə edildiyi, bəzi elektrik naqillərinin isə açıq vəziyyətdə olduğu bildirilib.

Reportaj zamanı işçilərin istirahət etdiyi və qidalandığı şəraitin də qənaətbəxş olmadığı müşahidə edilib.

Həmçinin qeyd edilib ki, belə müəssisələrdə çalışan şəxslərin əmək müqaviləsi olmadan işlədilməsi ilə bağlı da suallar yaranır. Bu isə işçilərin təhlükəsizliyi ilə yanaşı, bədbəxt hadisə zamanı məsuliyyət məsələsini də gündəmə gətirir.

Hadisə ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, qurum Abşeron rayonunun Daş Güzdək qəsəbəsində yerləşən karxanada 1961-ci il təvəllüdlü Rabil Əsgər oğlu Zərbəliyevin iş zamanı xəsarət alması və nəticədə, həyatını itirməsi barədə məlumatlıdır:

“Hazırda qeyd olunan hadisə ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Banner
Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Sosial şəbəkədə qurulan görüşlərdən biri ölümlə nəticələnib - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 279 baxış
Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Çörəkpulu qazanmaq üçün getdiyi iş faciə ilə bitdi - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 279 baxış
"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

"Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV

Hadisə
23 oktyabr 2026 279 baxış
Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV

Hadisə
23 oktyabr 2026 279 baxış
Bakı, Gəncə və Sumqayıtda keçirilən tədbirlər zamanı yeddi nəfər saxlanıldı - Baku TV CANLI

Bakı, Gəncə və Sumqayıtda keçirilən tədbirlər zamanı yeddi nəfər saxlanıldı - Baku TV CANLI

Hadisə
23 oktyabr 2026 279 baxış
Quba Olimpiya İdman Kompleksinin direktoru və mühasibi həbs edildi - Baku TV

Quba Olimpiya İdman Kompleksinin direktoru və mühasibi həbs edildi - Baku TV

Hadisə
23 oktyabr 2026 279 baxış
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV

Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV

Hadisə
23 oktyabr 2026 279 baxış
Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT

Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT

Hadisə
22 oktyabr 2026 279 baxış
Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV

Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV

Hadisə
22 oktyabr 2026 279 baxış
Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Hadisə
22 oktyabr 2026 279 baxış
Seçilmişlər
icon