Ağdaşda dəhşətli yol qəzası | Hadisənin detalları açıqlandı
Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 224-cü kilometrliyində, rayonun Qarağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KİA” markalı avtomobilin sürücüsü Göyçay istiqamətində hərəkətdə olarkən əvvəl yol kənarında dayanan piyadanı vurub, sonra isə kanala aşıb.
Hadisə nəticəsində xəsarətalan sürücü, 22 yaşlı Səbuhi İbrahimov və piyada, 31 yaşlı Səməd Rəşidov Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Zərərçəkənlərdə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. 1993-cü il təvəllüdlü şəxs xəstəxananın Reanimasiya Şöbəsinə yerləşdirilib. Aparılan tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 2002-ci il təvəllüdlü şəxsə isə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicəyə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
#Ağdaş teqi istifadə olunub
- Ağdaşda kənd təsərrüfatı məhsullarının satışı təşkil olunub - Baku TV
- Ağdaşda bir ailəni evsiz qoyan dəhşətli yanğın - Baku TV CANLI
- Ağdaşda fərdi yaşayış evində baş verən yanğında ana və iki uşağı xəsarət aldı - Baku TV
- Tələbə yoldaşının toyuna gedən İlkin niyə qətlə yetirildi? - Baku TV CANLI
- Ağdaşda bədbəxt hadisə | Tir tüfəngi ilə qonşusuna xəsarət yetirdi - Baku TV
