"AID Group" ilə bağlı istintaq işində son vəziyyət - Baku TV
“AID Group” xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasında belə qərar qəbul edib.
Samir Yəhyazadənin 2 ay müddətinə “Kürdəxanı türməsi” kimi tanınan Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar verilib.
Qeyd edək ki, Samir Yəhyazadə 3 ay əvvəl DTX tərəfindən həbs edilib. O, həyat yoldaşı, aparıcı Nigar Fərhadla birgə külli miqdarda dələduzluqda ittiham olunur. İş üzrə zərərçəkmişlərin əksəriyyəti xaricdə təhsil almaq üçün müraciət edən şəxslərdir. Nigar Fərhad barəsində isə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.
Hazırda “AID Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
#AID Group teqi istifadə olunub
- “2000 dollar verib, sonra...” | Qalmaqallı “AID Group”la bağlı şikayətlər artır - Baku TV
- “AID Group” işində istintaq prokurorluğa həvalə edildi
- "AID Group"un rəhbəri Nigar Fərhad barədə təcili məlumat - Baku TV
- “AID Group” rəhbərinə ağır ittihamlar
- "AID Group"la bağlı qalmaqallı araşdırma yenidən gündəmdə | Yeni iddialar səsləndirilir - Baku TV
