Aldığı maşın başına bəla oldu | "İşçi acığa bu hərəkəti edib" - Baku TV
Avtosalondan alınan avtomobil sonradan sahibindən geri alına bilərmi?
Paytaxt sakini Natiq Cəfərov iddia edir ki, aylardır ödəniş etdiyi avtomobil indi ondan geri tələb olunur. Səbəb kimi isə nəqliyyat vasitəsinə verilmiş etibarnamənin ləğvi və tərəflər arasında yaranmış mübahisə göstərilir.
İddialara görə, avtomobil avtosalona satış üçün deyil, yalnız icarə məqsədilə təqdim olunub. Buna baxmayaraq, nəqliyyat vasitəsi üçüncü şəxsə satılıb. Nəticədə yaranmış vəziyyət vətəndaş üçün ciddi problem yaradıb.
“Deməli, təxminən 3-4 ay əvvəl buradan maşın almışam. İlkin ödəniş kimi 5 min manat vermişəm, 30 ay müddətinə aylıq 600 manat ödəmək şərti ilə götürmüşəm. 6 ay ödəniş etdikdən sonra etibarnaməni ləğv edib maşını geri istəyirlər. Ödənişlərdə heç bir problem olmayıb. Deyirlər ki, maşının əsl sahibi başqasıdır və aralarında mübahisə yaranıb. Mən isə çətin vəziyyətdə qalmışam, nə edəcəyimi bilmirəm. Heç bir kompensasiya da təklif olunmur, üstəlik, avtomobili idarə etmək üçün etibarnaməm də ləğv edilib”, – şikayətçi deyib.
Məsələ ilə bağlı avtosalonun sahibi Rüstəm Əlibabayev bildirib ki, hadisə şirkətin keçmiş əməkdaşı ilə bağlıdır. Onun sözlərinə görə, həmin şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dələduzluq edib:
“Şirkətimizdə rəsmi işləyən Qulam Məmmədov tərəfindən yeyinti və dələduzluq halları aşkar edildiyi üçün o, işdən çıxarılıb. Hazırda bu fakt üzrə istintaq aparılır. Həmin şəxs 23 avtomobillə bağlı oxşar problemlər yaradıb və nəticədə, bir neçə vətəndaş zərər çəkib”.
Daxili İşlər Nazirliyindən bildirilib ki, qeyd olunan avtosalonla bağlı vətəndaşların aldadılması barədə polisə çoxsaylı müraciətlər daxil olub. Faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
#Dələduzluq teqi istifadə olunub
- “Hər bir təşkilat özünə uyğun qaydalarını müəyyən edəcək” | Vüsal Xəlilov
- Bankların adından saxta kredit səhifələri yaratmaqda şübhəli bilinən şəxslər saxlanılıb - Baku TV
- Pul qarşılığında nələri vəd etdilər? | Bu dələduzlardan özünüzü qoruyun - 24 SAAT
- "Pul ver, balını artırım" | DİM-in adından dələduzluq edənlər kimdir? - Baku TV
- Avtomobil aldı, dələduzların qurbanı oldu | Şikayətçi başına gələnlərdən danışdı - Baku TV
