“Qızdan xoşu gəlirdi, dedim ki, lazım deyil” | Öldürülən oğlanın anası hər şeyi danışdı - Baku TV
Mingəçevirdə 35 yaşlı şəxs döyülərək qətlə yetirilib. Dəhşətli hadisə şəhər ərazisində yerləşən kafelərin birinin qarşısında baş verib. 35 yaşlı şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, qətlə yetirilən Tural bir müddət əvvəl Rafiq Məmmədovun qızını sevib və tərəflər arasındakı dava da bu məsələ üstündə yaranıb. Mübahisə zamanı Rafiq Turalı ölümcül dərəcədə döyüb. Hadisəni törətməkdə şübhəli bilinən 51 yaşlı Rafiq Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı mərhumun anası Gülsəba Bayramova jurnalistlərə açıqlama verib.
"Oğlum 20 nömrəli məktəbdə işləyirdi. Çayxanada oturub mənimlə danışdı, evə ərzaq lazım olduğunu dedik. Ərzaqları alıb göndərdi, elə bir saatın içində də balamı öldürüb əlimə verdilər. Vaxtilə o qızı bəyənmişdi, amma biz hələ elçi getməmişdik, bu barədə qarşı tərəfə heç nə deməmişdik. Bu söhbət də indi yox, keçən il olmuşdu. Çöldə aralarında nə danışıq keçibsə, bilmirəm", – o söyləyib.
Faktla bağlı araşdırma aparılır.
#Mingəçevir teqi istifadə olunub
- "Bir də onu gördük ki, aşıb" | Külək bir sıra bölgələrdə fəsadlar törətdi - Baku TV
- Mingəçevirdə keçirilən WUF13 festivalından görüntülər - Baku TV
- “Prezident Kuboku – 2026” reqatasının açılış mərasimi olub
- Mingəçevirdə güclü külək fəsadlara səbəb oldu | Aşan ağaclar mənzillərə ziyan vurdu - Baku TV
- Mingəçevirdə yaşlı qadın qəfil dünyasını dəyişdi | Qızı fəryad qopardı - Baku TV
