Hadisə
Pleyeri seçin:

Anasını ölümdən xilas etdi, amma... | Bakıdakı qandonduran hadisənin detalları

09 noyabr 2024

2023-cü il fevralın 2-də Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Rövşən Əliyev 1975-ci il təvəllüdlü keçmiş həyat yoldaşı Vüsalə Əliyevaya bıçaq xəsarətləri yetirib.

Hadisə Qara Qarayev prospekti 85, mənzil 21-in qarşısında baş verib. Həmin gün Rövşən Əliyevi polis əməkdaşları şübhəli şəxs qismində saxlayıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Vüsalə Əliyevanın boyununda, çiyinində, kürəyində, üz arteriyasının zədələnməsi ilə müşayiət edilən sağ yanağında bıçaq yaraları aşkar edilib.

İstintaqla müəyyən edilib ki, Rövşən Əliyev keçmiş arvadı Vüsalə Əliyeva ondan boşandığına və barışıqdan imtina etdyinə görə yaşadıqları mənzilə gəlməyə icazə verməyib. Bu səbəbdən aralarında dəfələrlə baş vermiş mübahisələrlə əlaqədar qisas niyyəti ilə keçmiş həyat yoldaşını öldürmək qərarına gəlib.

Qeyd edək ki, hadisə zamanı övladı Nurcan Əliyeva araya girib anasını müdafiə etmək istəyərkən, əlləri və qolları yaralanıb. Buna baxmayaraq, ana və qızı özlərini itirməyiblər. Vüsalə Əliyeva Rövşən Əliyevə qarşı aktiv müqavimət göstərib, qızı Nurcan isə onu itələyərək, pilləkənlərdən yerə yıxıb. Daha sonra Vüsalə Əliyeva mənzilə girərək, arxadan qapını bağlayıb.

Hadisə yerinə çağırılan Təcili Tİbbi Yardım briqadasının köməyi ilə zərərçəkmişlər vaxtında xəstəxanaya çatdırıldığlndan onların həyatlarını xilas etmək mümkün olub.

Zərərçəkmiş Vüsalə Əliyeva ifadəsində göstərib ki, Rövşən Əliyevlə 2003-cü ildə ailə həyatı qurub. Özü dərziliklə məşğul olub, Rövşən isə avtomobil təmiri sexində işləyib. Bu nigahdan 2 övladları dünyaya gəlib, 8 il rayonda yaşadıqdan sonra Bakıya köçərək, kirayədə qalıblar. Daha sonra Rövşən qumar oynayıb, tez-tez pul uduzduğundan ondan ayrılmağa qərar verib.

Cütlük 2022-ci ilin aprel ayında boşanıb. Bundan başqa, son 1 il ərzində Rövşənin ödəmədiyi alimentə görə xeyli borcu yaranıb.

Məhkəmə iclasında Rövşən Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş Vüsalə Əliyeva və Nurcan Əliyeva təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rövşən Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.

Xaçmazda faciəvi qəza | Hadisə yerindən görüntülər

Xaçmazda faciəvi qəza | Hadisə yerindən görüntülər

Hadisə
22 noyabr 2024
Çöldə qalan ailə qurumun təklifi ilə niyə razılaşmadı? - Goranboyda güclü yanğın

Çöldə qalan ailə qurumun təklifi ilə niyə razılaşmadı? - Goranboyda güclü yanğın

Hadisə
21 noyabr 2024
6 yaşlı uşaq anasız qaldı | Sevgilisi əvvəl onu qətlə yetirdi, sonra isə...

6 yaşlı uşaq anasız qaldı | Sevgilisi əvvəl onu qətlə yetirdi, sonra isə...

Hadisə
21 noyabr 2024
Lənkəranda dəhşətli qəza | Avtomobil vuran piyada dünyasını dəyişdi

Lənkəranda dəhşətli qəza | Avtomobil vuran piyada dünyasını dəyişdi

Hadisə
21 noyabr 2024
Müdafiə Nazirliyi həyatını itirən hərbi qulluqçu ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi həyatını itirən hərbi qulluqçu ilə bağlı məlumat yaydı

Hadisə
21 noyabr 2024
Bakı-Qazax avtomobil yolunda ağır qəza | Hadisə yerindən görüntülər

Bakı-Qazax avtomobil yolunda ağır qəza | Hadisə yerindən görüntülər

Hadisə
21 noyabr 2024
Gördüm ki, dayılarım yaralıdır | Astaradakı dəhşətli hadisənin detalları

Gördüm ki, dayılarım yaralıdır | Astaradakı dəhşətli hadisənin detalları

Hadisə
19 noyabr 2024
Görənləri dəhşətə gətirən mənzərə | AQTA məsələ ilə bağlı hərəkətə keçdi

Görənləri dəhşətə gətirən mənzərə | AQTA məsələ ilə bağlı hərəkətə keçdi

Hadisə
19 noyabr 2024
Abşeronda dəhşətli yol qəzası | Hadisənin baş verdiyi yerdə son vəziyyət

Abşeronda dəhşətli yol qəzası | Hadisənin baş verdiyi yerdə son vəziyyət

Hadisə
19 noyabr 2024
34 yaşlı kişinin faciəvi sonu | Qandonduran hadisə bir uşağı atasız qoydu

34 yaşlı kişinin faciəvi sonu | Qandonduran hadisə bir uşağı atasız qoydu

Hadisə
19 noyabr 2024
Seçilmişlər
icon