Hadisə
Pleyeri seçin:

Arvadı ilə bağlı uyğunsuz videonu görəndə... | Gözətçinin direktoru bıçaqlamasının pərdəarxası

02 sentyabr 2024

Astara şəhər 6 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Bayramova məktəbin gözətçisi Halik Əli oğlu Nəcəfov tərəfindən bıçaqlanıb.

Məlum olub ki, Halik Nəcəfov bir müddət əvvəl məktəbdə katibə işləyən və direktorla aralarında yaranan münaqişəyə görə bu ilin aprel ayında tutduğu vəzifədən uzaqlaşdırılan Validə Məmmədovanın həyat yoldaşıdır. Direktorla keçmiş katibəsi arasındakı mübahisə "işə qəbul"ə görə yaranıb və mübahisə məhkəməyə qədər gedib çıxıb.

Ülviyyə Bayramova ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım alandan sonra o, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 40 yaşlı Halik Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Astara rayonunun “Gənc Alimlər” təşkilatından verilən məlumatda cinayətin təfərrüatları açıqlanıb.

Məlumata görə, direktor bir neçə ay öncə öz katibəsinin montaj edilmiş görüntülərini yayıb:

“Material saxta olsa belə, qadının nüfuzunun sarsılmasına səbəb olub və bıçaqlanma faktına gətirib çıxaran əsas amil də bu olub. Məhz bu porno şantaj hadisəsindən sonra katibə Validə Məmmədova ağır psixoloji sarsıntı keçirib, səhhəti pozulub və 16 aprel 2024-cü ildə Ülviyyə Bayramovanın tələbini qəbul edərək işdən çıxmağa məcbur qalıb”.

“Gənc Alimlər” təşkilatından verilən digər məlumata görə, tərəflər arasında mübahisə məhkəməyə qədər uzanıb. Avqustun 27-də isə Astara Rayon Məhkəməsi Ülviyyə Bayramovanın xeyrinə qərar çıxarıb. Nəticədə katibənin həyat yoldaşı məktəbin gözətçisi işləyən Nəcəfov Halik Əli oğlu affekt vəziyyətinə düşüb və 2024-cü il sentyabrın 1-də məktəbdə olarkən direktor Ülviyyə Bayramovaya münaqişə zəminində bıçaqla xəsarət yetirib.

Direktor Astara Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım alandan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda onun sağlıq durumu barədə dəqiq məlumat verilmir.

Xaçmazda faciəvi qəza | Hadisə yerindən görüntülər

Xaçmazda faciəvi qəza | Hadisə yerindən görüntülər

Hadisə
22 noyabr 2024
Çöldə qalan ailə qurumun təklifi ilə niyə razılaşmadı? - Goranboyda güclü yanğın

Çöldə qalan ailə qurumun təklifi ilə niyə razılaşmadı? - Goranboyda güclü yanğın

Hadisə
21 noyabr 2024
6 yaşlı uşaq anasız qaldı | Sevgilisi əvvəl onu qətlə yetirdi, sonra isə...

6 yaşlı uşaq anasız qaldı | Sevgilisi əvvəl onu qətlə yetirdi, sonra isə...

Hadisə
21 noyabr 2024
Lənkəranda dəhşətli qəza | Avtomobil vuran piyada dünyasını dəyişdi

Lənkəranda dəhşətli qəza | Avtomobil vuran piyada dünyasını dəyişdi

Hadisə
21 noyabr 2024
Müdafiə Nazirliyi həyatını itirən hərbi qulluqçu ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi həyatını itirən hərbi qulluqçu ilə bağlı məlumat yaydı

Hadisə
21 noyabr 2024
Bakı-Qazax avtomobil yolunda ağır qəza | Hadisə yerindən görüntülər

Bakı-Qazax avtomobil yolunda ağır qəza | Hadisə yerindən görüntülər

Hadisə
21 noyabr 2024
Gördüm ki, dayılarım yaralıdır | Astaradakı dəhşətli hadisənin detalları

Gördüm ki, dayılarım yaralıdır | Astaradakı dəhşətli hadisənin detalları

Hadisə
19 noyabr 2024
Görənləri dəhşətə gətirən mənzərə | AQTA məsələ ilə bağlı hərəkətə keçdi

Görənləri dəhşətə gətirən mənzərə | AQTA məsələ ilə bağlı hərəkətə keçdi

Hadisə
19 noyabr 2024
Abşeronda dəhşətli yol qəzası | Hadisənin baş verdiyi yerdə son vəziyyət

Abşeronda dəhşətli yol qəzası | Hadisənin baş verdiyi yerdə son vəziyyət

Hadisə
19 noyabr 2024
34 yaşlı kişinin faciəvi sonu | Qandonduran hadisə bir uşağı atasız qoydu

34 yaşlı kişinin faciəvi sonu | Qandonduran hadisə bir uşağı atasız qoydu

Hadisə
19 noyabr 2024
Seçilmişlər
icon