Pleyeri seçin:
Astarada faciə – 72 yaşlı kişi faciəvi şəkildə həlak oldu
Astarada 72 yaşlı kişi dənizdə boğularaq ölüb.
Hadisə rayonun Xəzər dənizi sahilində yerləşən Şahağac kəndi ərazisində baş verib.
Xudaverdi Məmmədov vaxtaşırı hava almaq və çimmək üçün dənizə gedirmiş. Ehtimal olunur ki, o, bu dəfə də suda olarkən ürəktutması keçirib və boğularaq ölüb.
Onun meyiti ətrafdakılar tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, hadisə yerinə baxış keçirilib. Xudaverdi Məmmədovun şəxsi əşyaları ərazidən təxminən 100 metr aralıda aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Astara teqi istifadə olunub
- "Ancaq Astarada var, amma..." - Adı "Qırmızı kitab"a düşən bitki niyə məhv olmaq üzrədir? - Baku TV
- Astara sakinlərinin problemi nə vaxt həll olunacaq? - Baku TV
- "Həyətim suyun içindədir" | Astara sakinlərini bezdirən problem niyə həll edilmir? - Baku TV
- Güclü qar bu ərazilərdə həyatı görün necə iflic etdi - Baku TV
- "Sökmüşük, gətirib yandırırıq" - Sakinlərin baş götürüb qaçdığı kənddə acınacaqlı vəziyyət - Baku TV
