Pleyeri seçin:
"Guinness"ə düşən azərbaycanlıdan acı xəbər | Ələsgər Həsənzadənin cəsədi aşkarlanıb - Baku TV
Lənkəranın Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadənin meyiti dənizdə tapılıb.
Onun bir neçə gün əvvəl dənizdə batdığı bildirilirdi.
Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, 7 yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf çatdıraraq, idman termini ilə desək, 3 min dəfə “press” edərək dünyada “Ginnesin Rekordlar Kitabı”na düşən ilk azyaşlı olub. Həmin vaxt balaca idmançı qızıl medal və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib. O həmçinin “Ginnesin Rekordlar Kitabı”nda fəxri üzv kimi qeydə alınıb.
Kopyalandı
#Lənkəran teqi istifadə olunub
- "Külli miqdarda pul var idi, amma..." | Britaniyalı bloger Lənkəranda nəyə heyrətləndi? - Baku TV
- Lənkəranda altı gün öncə itkin düşən gənc və yeniyetmə qızın meyiti tapıldı - Baku TV
- "Şəhərdəkiləri yığırlar, burada yandırırlar, qiyamətdir!" | Dəhşətə gətirən mənzərə - Baku TV
- Lənkəranda hökm sürən antisanitar vəziyyətə niyə çarə tapılmır? - Baku TV CANLI
- Lənkəranda zərərvericilərin artması sakinlərin narahatlığına səbəb olub - Baku TV
