Türkiyə mediasında yayılan məlumata DİN-dən rəsmi açıqlama - Baku TV
Türkiyə mediası “Boyun” qrupu kimi tanınan cinayətkar qruplaşmanın rəhbərlərindən biri Recep Demirin Azərbaycanda silahlı hücum nəticəsində öldürüldüyünü iddia edib.
Qeyd olunub ki, xaricdə qaçaq vəziyyətdə olan və barəsində axtarış qərarı verilən Demir silahlı pusquya məruz qalıb və ağır yaralanıb.
“Günün Səsi”nin məlumatına görə, Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyə mətbuatında yayılan məlumatı araşdırıb.
Nazirliyin açıqlamasında bildirilib ki, aparılan araşdırma nəticəsində Recep Demir adlı şəxsin Azərbaycan ərazisində öldürülməsinə dair hər hansı məlumat, qeyd və ya sənəd aşkarlanmayıb.
Həmçinin hadisənin Azərbaycan ərazisində baş verdiyini təsdiqləyən hər hansı məlumatın və ya qeydin olmadığı vurğulanıb.
Beləliklə, Türkiyə mediasında yayılan iddia Azərbaycan Daxili İşlər Nazirliyinin açıqlaması ilə təsdiqini tapmayıb.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Şirvanda oğurluq hadisəsi | 35 yaşlı şübhəli saxlanıldı - Baku TV
- Hövsan yolunda xaos | Əks zolağa çıxan sürücülər hərəkəti iflic etdi - Baku TV
- KMBİ MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri ifşa etdi - Baku TV
- "Silə bilmirlər, indi də..." | Kreditdən qurtulmaq istəyənlərin başına necə oyun açırlar? - Baku TV
- Qanunsuz mərc şəbəkəsinə zərbə | Kiberpolisin əməliyyatında nələr aşkarlandı? - Baku TV
