Pleyeri seçin:

"Silə bilmirlər, indi də..." | Kreditdən qurtulmaq istəyənlərin başına necə oyun açırlar? - Baku TV

01 sentyabr 2026 311 baxış

Sosial şəbəkələrdə “Borclarınızı silirik” başlığı ilə elan yayan səhifələrə diqqət yetirmək lazımdır.

Bu cür səhifələr borcdan xilas olmaq istəyən şəxslərdən müəyyən məbləğdə pul və şəxsi məlumatlar tələb edirlər. Beləliklə, vətəndaş həm pulunu itirir, həm də şəxsi məlumatlarının ələ keçirilməsi riski ilə üzləşir.

Bəs vətəndaşlar bu cür saxta elanları necə ayırd edə bilərlər?

Bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovun sözlərinə görə, kredit müqaviləsi iki tərəf arasında bağlanır və üçüncü şəxslərin bu prosesə müdaxiləsi qanunvericiliyə ziddir:

“Kredit müqavilələri iki tərəf arasında bağlanmış müqavilələrdir. Bu müqavilələrdə müştəri və bank iştirak edir. Bu münasibətlərdə üçüncü şəxsin müdaxiləsi qanunvericiliyə ziddir.

Nəzərə almaq lazımdır ki, bütün kredit münasibətləri “Banklar haqqında” qanun və Mərkəzi Bankın müvafiq təlimatları ilə tənzimlənir. Hazırda bir çox dələduzluq halları mövcuddur. Bu hallarda vətəndaşların şəxsi məlumatlarının əldə edilməsi, onların şantaj olunması və əlavə gəlir əldə edilməsi məqsədilə müxtəlif üsullardan istifadə olunur.

Heç bir bank əməkdaşı sizdən şəxsi və ya təhlükəsizlik kodlarınızı tələb etmir. Həmçinin hər hansı xidmət göstərilməsi üçün əvvəlcədən üçüncü şəxslərə ödəniş etməyiniz tələb oluna bilməz.

Kreditlərlə bağlı hər hansı problem yaranarsa, birbaşa həmin bank və ya bank olmayan kredit təşkilatına müraciət etmək lazımdır. Bunun üçün qurumun rəsmi saytından və ya filiallarına yaxınlaşaraq yazılı şəkildə müraciət etmək tövsiyə olunur”.

Banner
"Etiraz edəndə dedilər ki..." | Transformator üçün seçilən yer sakinləri qorxuya saldı - Baku TV

"Etiraz edəndə dedilər ki..." | Transformator üçün seçilən yer sakinləri qorxuya saldı - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 311 baxış
Buzovna sakinlərinin günü niyə qara olub? - “Üstümə böyük itlər gəlir, o qədər olub ki...” - Baku TV

Buzovna sakinlərinin günü niyə qara olub? - “Üstümə böyük itlər gəlir, o qədər olub ki...” - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 311 baxış
"Yanvarda verəcəklər" | Tələbələrdən tələbə bileti üçün pul yığılır? | Kollecdən açıqlama - Baku TV

"Yanvarda verəcəklər" | Tələbələrdən tələbə bileti üçün pul yığılır? | Kollecdən açıqlama - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 311 baxış
Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI

Ölkədə hansı əraziləri leysan, hansıları qar gözləyir? - Baku TV CANLI

Cəmiyyət
09 oktyabr 2026 311 baxış
200-dən çox vəkil və hüquqşünasın iştirak etdiyi konfransda nələr müzakirə edilir? - Baku TV

200-dən çox vəkil və hüquqşünasın iştirak etdiyi konfransda nələr müzakirə edilir? - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 311 baxış
"Heç olmasa, "qrabel" töksünlər..." | Maştağanın yol problemi niyə həllini tapmır? - Baku TV

"Heç olmasa, "qrabel" töksünlər..." | Maştağanın yol problemi niyə həllini tapmır? - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 311 baxış
Azərbaycanda NATO standartları əsasında hərbi hazırlıq gücləndirilir - Baku TV CANLI

Azərbaycanda NATO standartları əsasında hərbi hazırlıq gücləndirilir - Baku TV CANLI

Cəmiyyət
09 oktyabr 2026 311 baxış
"Yollar bərbad, zibillər yığışdırılmır..." | Yeni Ramananın həllini gözləyən problemləri - Baku TV

"Yollar bərbad, zibillər yığışdırılmır..." | Yeni Ramananın həllini gözləyən problemləri - Baku TV

Cəmiyyət
09 oktyabr 2026 311 baxış
Bakı Biznes və Kooperasiya Kolleci ilə bağlı qalmaqallı iddia - Baku TV CANLI

Bakı Biznes və Kooperasiya Kolleci ilə bağlı qalmaqallı iddia - Baku TV CANLI

Cəmiyyət
09 oktyabr 2026 311 baxış
Yaşıl işıq yanır, hərəkət isə ləngiyir | Küçədə bu qədər yaxın keçidlərə ehtiyac var?

Yaşıl işıq yanır, hərəkət isə ləngiyir | Küçədə bu qədər yaxın keçidlərə ehtiyac var?

Cəmiyyət
09 oktyabr 2026 311 baxış
Seçilmişlər
icon